3385
10 Jun 2023 | 16:23

"BMT həmişə olduğu kimi impotent təşkilat olaraq qalır..."

"Bu fəlakət təkcə Qərbə deyil, həm də neytral ölkələrə təsir edib..."
 
Rusiya Kaxovka SES-də partlayış törətməklə BMT Təhlükəsizlik Şurasının infrastrukturun müdafiəsi üzrə özünün də 2017-ci ildə təsdiq etdiyi qətnaməsini pozub. Təşkilatın özü isə qlobal fəlakət şəraitində tamamilə aciz olduğunu nümayiş etdirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın sabiq xarici işlər naziri Pavel Klimkin "war.obozrevatel.com" nəşrinə müsahibəsində bəyan edib.
 
"BMT həmişə olduğu kimi impotent təşkilat olaraq qalır", - Klimkin vurğulayıb.
 
O, xatırladıb ki, 2017-ci ikin fevralında Ukrayna BMT Təhlükəsizlik Şurasında sədrlik edərkən kritik infrastrukturun müdafiəsi üzrə qətnamənin qəbuluna nail olub. Rusiya onu dəstəkləyib, indi isə özü onu pozub.
 
"Hətta BMT-də biz hamıya deməliyik ki, baxın, əgər biz kritik infrastrukturun müdafiəsi üçün etibarlı yollar tapa bilməsək, Pandora qutusu açılacaq. 
 
Neft və qaz kəmərləri, nəqliyyat və digər kommunikasiyalar dağıdılacaq. O zaman həyat əsaslı surətdə dəyişəcək", - Klimkin deyib.
 
Sabiq nazir vurğulayıb ki, Kreml tərəfindən bütün beynəlxalq normaların, o cümlədən humanitar normaların total şəkildə pozulması təkcə Qərb ölkələrinin deyil, həm də neytral ölkələrin mövqeyinin xeyli dəyişilməsinə rəvac verib.
 
"Hətta çinlilər də dəqiq deyir ki, biz sabit qərarın necə olmasına baxmalıyıq. Özü də çinlilər, əlbəttə ki, nə Qərbin, nə də Putinin qələbəsində maraqlı deyil.
 
Bu o deməkdir ki, son bir neçə aylar ərzində həqiqət anı var, bu, əhval-ruhiyyənin dəyişilməsidir. Bu, silah tədarükündə baş verir, bu, güzəşt xatirinə güzəştin daha seçim olmadığında hiss edilir", - diplomat bəyan edib.
 
Kaxovka SES-in partladılması
 
İyunun 6-da gecə rusiyalı işğalçılar Kaxovka Su Elektrik Stansiyasının bəndini partladıb. Nəticədə stansiya və Kaxovka su anbarı məhv edilib.
 
Daşqın zonasında təxminən 80 yaşayış məntəqəsi var, partladılmış Kaxovka SES bərpaya yararsızdır. 
 
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi məlumat verib ki, rusiyalılar bəndi məsafədən partladıb. Onların partlayıcı maddə və texnikanın məhz bunun üçün yerdəyişmə etdiyinin sübutları var.
Link kopyalandı!
Son xəbərlər