Teatr kollektivi Siyavuş Aslanın və oğlunun məzarlarını ziyarət edib
Cəmiyyət
3245
08 Jun 2023 | 18:12

Teatr kollektivi Siyavuş Aslanın və oğlunun məzarlarını ziyarət edib

Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi II Fəxri xiyabanda Xalq artisti, görkəmli sənətkar Siyavuş Aslanın, Yasamal qəbiristanlığında isə oğlu Çingiz Aslanın məzarlarını ziyarət edib, ruhları üçün dualar ediblər.

Bu barədə teatrın Mətbuat xidmətindən məlumat verilib.

Teatrın Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Xalq artistləri Rafiq Əzimov, Nurəddin Mehdixanlı və Əli Nur çıxış edib, Siyavuş Aslanın həyatı, səhnə fəaliyyəti, Azərbaycan teatrının inkişafındakı rolu haqqında danışıblar.

Link kopyalandı!
Son xəbərlər