İdman
3354
07 Jun 2023 | 12:18

"Qəbələ" klubu braziliyalı hücumçusu ilə vidalaşıb

"Qəbələ" klubu futbolçusu Ramon Maçado ilə yollarını ayırıb.
 
"Qırmızı-qaralar"dan verilən məlumata görə, 2022-ci ilin yayından əyalət təmsilçisində forma geyinən 31 yaşlı hücumçunun müqavilə müddəti başa çatıb.
 
Braziliyalı legioner ötən mövsüm “Qəbələ”də keçirdiyi 37 oyunda 10 qol vurub. Maçado Premyer Liqadakı 32 matçda 8, Azərbaycan kubokunun 5 qarşılaşmasında 2 dəfə rəqib qapılarına yol tapıb. O, komanda ilə Azərbaycan Kubokunun da qalibi olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər