İrandan Naxçıvana 31 kq narkotik keçirilməsinin qarşısı alınıb
Kriminal
3395
07 Jun 2023 | 11:10

İrandan Naxçıvana 31 kq narkotik keçirilməsinin qarşısı alınıb

İyun ayının 6-da saat 23:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Naxçıvan” əlahiddə sərhəd diviziyasının Ordubad rayonunun Kotam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 31 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Link kopyalandı!
Son xəbərlər