Olimpiya medalçımız: “Azərbaycan taekvondoçuları texniki və fiziki cəhətdən çox zəif görünürdülər”
3548
06 Jun 2023 | 18:42

Olimpiya medalçımız: “Azərbaycan taekvondoçuları texniki və fiziki cəhətdən çox zəif görünürdülər”

“Azərbaycan taekvondoçuları texniki və fiziki cəhətlərdə digər yığmalardan çox zəif görünürdülər. Komanda dünya çempionatı üçün hazır görünmürdü”.
 
Bunu  Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani idmançılarımızın Bakıda keçirilən dünya çempionatını medalsız başa vurmaları barədə danışarkən deyib.
 
O, uğursuzluğun səbəbini izah etməkdə çətinlik çəkdiyini bildirib:
 
“İlk səbəb texniki və fiziki hazırlıqsızdır. Ancaq nə olub ki, bu vəziyyətə düşüblər - onu bilmirəm. Çünki neçə aydır, yığmadan uzaqlaşmışam. Necə məşqlər keçildiyindən xəbərim yoxdur”.
 
İkiqat dünya çempionu, Avropa çempionu, Avropa oyunlarının qalibi, Olimpiadanın gümüş medalçısı yığmadan uzaq düşməsinin səbəbinin baş məşqçi Reza Mehmandostun qərarı olduğunu söyləyib:
 
“Hər yerdə bəzi cüzi məsələlər baş verir. Onları həll etmək asandır. Bizim baş məşqçi isə həll etmək istəmirdi. Dedi ki, Radik İsayevlə Milad komandadan uzaq olmalıdır, onlar nizam-intizamı pozublar. Bizdən nəticə gözləmirdi. Onun istəyi ilə komandadan uzaqlaşdırıldıq. Təxminən 10 aydır, məşq edə bilmirik”.
 
Harçeqani yenidən dəvət alarsa, Azərbaycan üçün yarışacağını əlavə edib:
 
“Məqsədim həmişə Azərbaycan bayrağını qaldırıb, xalqı sevindirməkdir. Məşqə davam edə bilsəm, yenə yarışaram. İdmançı kimi olmasa da, məşqçi kimi kömək edə bilərəm”. /Oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər