Borel Cənubi Koreyanın müdafiə naziri ilə Ukraynanın sursat ehtiyacı ilə bağlı danışıb
Siyasət
2774
03 Jun 2023 | 21:12

Borel Cənubi Koreyanın müdafiə naziri ilə Ukraynanın sursat ehtiyacı ilə bağlı danışıb

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Cənubi Koreyanın müdafiə naziri Li Çon Supla görüş keçirib.

Bu barədə avropalı diplomat tviterdə bildirib.

Görüş Sinqapur Təhlükəsizlik Sammiti çərçivəsində baş tutub.

Borel qeyd edib ki, o, Li Çon Supla Ukraynanın sursata olan ehtiyaclarını müzakirə edib.

“Şimali Koreyanın davam edən təxribatları ilə bağlı narahatlığı paylaşdıq və Ukraynanın sursat ehtiyaclarını müzakirə etdik. Uğurlu zirvə görüşümüzdən sonra yeni təhlükəsizlik və müdafiə tərəfdaşlığı inkişaf etdirmək üçün birlikdə çalışırıq”, - Borel vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər