Ekskluziv
3323
02 Jun 2023 | 15:10

"Ukrayna xalqının azadlıq şəraitində yaşaması üçün dəmir qətiyyəti heç vaxt sındırılmayacaq"

"Onlar inanılmazdır: sadə qadın və kişilər öz ölkə və ailələri uğrunda vuruşaraq həyatlarını qurban verir..."

 

"ABŞ Hərbi-Hava Qüvvələri Ukraynaya silahların çatdırılmasında "logistik nou-hau" ("know- how") tətbiq edir..."

 

Co Bayden administrasiyası işə başlayandan Ukraynaya təhlükəsizlik sahəsində 38, 3 milyard yardım edilib

 

ABŞ prezidenti Co Bayden iyunun 1-də Koloradoda ABŞ Hərbi-Hava Qüvvələrinin Akademiyasında çıxış edərkən, hava və kosmik qoşunlarına Ukraynaya Rusiyadan müdafiə olunmaq üçün hərbi yardımın tədarükünün təşkilinə görə minnətdarlığını bildirib.

 

Moderator.az xəbər verir ki, bu barədə Ağ evin saytında məlumat verilib.

 

Onun sözlərinə görə, Hərbi-Hava Qüvvələri artilleriya, döyüş sursatları, döyüş maşınları, tankəleyhinə vasitələr və hava hücumundan müdafiə sistemlərinin göndərilməsi üçün "logistik nou-hau" tətbiq edir.

Bayden vurğulayıb ki, dünyada daha heç bir ölkə belə imkanlara malik deyil. Bununla birlikdə, ABŞ Ukraynaya dəstək verilməsi üçün 50-dən çox ölkəni birləşdirib.

"Cəmi bir neçə həftə öncə mən Ukrayna prezidenti Vladimir Zelenski ilə Xirosimada "Böyük yeddilik" ölkələri sammitində bir yerdə olmuşam. Mən ona dedim ki, biz öz tərəfdaşlarımızla Ukraynanın gələcəkdə də özünü müdafiə edə bilməsi üçün ukraynalı pilotların Avropada dördüncü nəsil, o cümlədən "F-16"  qırıcılarında təlimlərinə başlamaq üçün birlikdə işləyəcəyik", - Amerika lideri deyib.

O, vurğulayıb ki, "Ukrayna xalqının azadlıq şəraitində yaşaması üçün dəmir qətiyyəti heç vaxt sındırıla bilməyəcək" və ABŞ-ın yardımı davam edəcək.

"Onlar inanılmazdır: sadə qadınlar və kişilər öz ölkəsi və öz ailələri uğrunda vuruşaraq həyatlarını qurban verir. Ukrayna xalqına Amerika  xalqı tərəfindən dəstək zəifləməyəcək. Biz həmişə demokratiyaları dəstəkləyirik", - prezident əlavə edib.

Kontekst:

Pentaqonun 31 maya olan məlumatına görə, Bayden administrasiyasının 2021-ci ildə işə başlamasından indiyədək ABŞ Ukraynaya təhlükəsizlik sahəsində 38,3 milyard dollar, o cümlədən Rusiyanın tammiqyaslı hərbi müdaxiləsi başlanandan 37, 6 milyard dollar vəsait ayırıb.

Link kopyalandı!
Son xəbərlər