02:48
6°C
Bakı
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri (Şimal-Cənub, Şərq-Qərb) üzrə yükdaşımaların illik ümumi həcmini 54 milyon tona çatdıra bilər.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müşaviri Emil Məmmədov bildirib.
"Azərbaycanın coğrafi mövqeyi buna şərait yaradır. ADY dəhlizlərin inkişafına töhfəsini verir. Orta Dəhliz üzrə tariflərin dəyişməməsi üçün digər dəhliz iştirakçıları ilə mütəmadi danışıqlar aparılır və razılaşmalar əldə edilir ki, qiymətlər stabil olsun", - deyə o qeyd edib.