Renat Dadaşovun İsveçrə klubundakı qolu mövsümün ən yaxşısı ola bilər
İdman
3209
01 Jun 2023 | 18:20

Renat Dadaşovun İsveçrə klubundakı qolu mövsümün ən yaxşısı ola bilər

"Qrasshopper" klubu İsveçrə Super Liqasında ötən mövsümün ən yaxşı qolunun müəllifi adına namizədləri açıqlayıb.

9 futbolçunun yer aldığı siyahıda Azərbaycan millisinin üzvü Renat Dadaşovun da adı var. 24 yaşlı hücumçunun ölkə çempionatının I turundan təxirə salınmış oyunda (1:1) "Lütsern"in qapısına vurduğu qol mükafata iddialıdır.

Qalib azarkeşlərin səsverməsinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, Renat Dadaşov ötən ilin yayından "Qrasshopper"də çıxış edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər