3728
01 Jun 2023 | 16:00

"Rusiya demoqrafik uçuruma yuvarlanır: hakimiyyət bunun nədən baş verdiyini anlamır..."

 

"2023-cü il Rusiyada demoqrafik nöqteyi-nəzərdən postsovet dövründə ən uğursuz il olacaq..."

 

"Demoqrafik iflas əsasən Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün ağır nəticələri ilə bağlıdır..."

 

Rusiyada aprel ayında son 25 ildə rekord sayda az uşaq doğulub.

 

Moderator.az xəbər verir ki, bunu müstəqil demoqraf Aleksey Rakşanın "Agentlik" layihəsinə təqdim etdiyi VVAQ (Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyyatı) statistikası sübut edir.

 

Məlumatlara görə, aprel ayında Rusiyada 95 min uşaq doğulub, bu, 2022-ci ilin aprel ayına nisbətən 4, 7 faiz, 2021-ci ilin aprel ayına nisbətən isə 14, 2 faiz azdır. Bu, son 25 ildə ən pis göstəricidir.

Daha az uşaq XX əsrin böhranlı 90-cı illərində doğulub. Bu, 1999-cu ilin son üç ayında və 1997-ci ilin noyabrında baş verib.

Belə meyl davam edərsə, 2023-cü il Rusiya üçün demoqrafik nöqteyi-nəzərdən bütün postsovet zamanı üçün ən uğursuz il olacaq. 

Rakşa ölkədə doğumun aşağı düşməsini bir neçə amillərlə əlaqələndirir. Bu, ilk növbədə uşaq dünyaya gətirmə yaşında olan qadınların sayının 3 faiz azalmasıdır.

Demoqraf həmçinin bunu səfərbərliklə bağlı rusiyalıların kütləvi surətdə xaricə axını və əhalinin gəlirlərinin azalması ilə izah edir.

2022-ci ilin yayında hamiləliyin sayının aşağı düşməsi "bu zaman iqtisadi sanksiyalar, Qərb şirkətləri və brendlərinin ölkəni tərk etməsi, həmçinin kişilərin bir hissəsinin və ya bütöv ailələrin başqa ölkələrə getməsi ilə bağlı 2022-ci ilin yayında vəziyyətin qeyri-müəyyən olması fonunda məntiqi və rasional görünür".

Bunu "Agentlik" lahiyəsinə Ali İqtisadiyyat Məktəbinin Əhalinin tədqiqatı və sağlamlığı Beynəlxalq laboratoriyasının elmi əməkdaşı Yelena Çurilova deyib.

Onun fikrinə görə, daha bir amil "Rusiya əhalisinin xüsusi hərbi əməliyyatın başlanmasına mənfi yanaşan hissəsində, xüsusilə fəal reproduktiv yaşlarda olan gənclərdə" streslə bağlıdır.

Qeyd edək ki, bu ərəfədə Rusiya insan haqları üzrə Şurasının sədri Valeri Fadeyev Rusiyada demoqrafik problemin təcili həllinin zəruriliyini bəyan edib.

"Mən nə baş verdiyini anlamıram, - o, ölkənin ailə problemlərinə həsr edilmiş forumda çıxışı zamanı deyib. - 2000-ci ildən doğum artıb. 2016-cı ildən ümumi  doğum əmsalının aşağı düşməsi baş verir".

Bir neçə gün əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov etiraf edib ki, ölkədə uşaqların doğumu nöqteyi-nəzərdən  çox ağır vəziyyət yaranıb, dəyəri 4 trilyon rubl olan "Demoqrafiya" milli layihə iflasa uğrayıb.

Peskov qeyd edib ki, "Rusiya əhalisini doğumun artımına sövq etmək üçün" bir sıra tədbirlər görülür, lakin bunlar arzu edilən nəticəni vermir". 

Peskovun fikrincə, ölkədə demoqrafik uğursuzluq iki  amillə- "Böyük Vətən müharibəsi" və "90-cı illərin" uçurumları ilə bağlıdır.

Link kopyalandı!
Son xəbərlər