Qari Cons:
Siyasət
3291
01 Jun 2023 | 12:43

Qari Cons: "Azərbaycanda həyata keçiriləcək neft və qaz layihələrinə investisiyalarımızı davam etdirəcəyik"

BP şirkəti gələcəkdə Azərbaycanda həyata keçirilən neft və qaz layihələrinə investisiyalarını davam edəcək.

Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bu gün işinə başlayan Bakı Enerji Həftəsində çıxışı zamanı deyib.

"Azərbaycana 30 ildir ki, investisiya yatırırıq. Bu region bizim üçün mühümdür", - Q.Cons bildirib.

O vurğulayıb ki, "Azəri Mərkəzi -Şərqi" dəniz platformasında işlər davam edir: "Burda ilk neft hasilatını 2024-cü ildə gözləyirik".

BP rəsmisi həmçinin bildirib ki, BP-nin ixtisaslı işçilərinin 93 %-ini milli kadrlar təşkil edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər