3407
01 Jun 2023 | 12:27

"Bakı Sağlamlıq Mərkəzi"xa0 uşaqları təbrik edib, maarifləndirmə keçirib

Bakı Sağlamlıq Mərkəzinin əməkdaşları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Birgə və Sağlam” İctimai Birliyinin və onun daxilində fəaliyyət göstərən “Kashalata Kafe”nin qonağı olublar.

 

Ziyarətin məqsədi autizm haqqında maariflənmə ilə yanaşı mərkəzin üzvləri ilə bərabər müxtəlif fəaliyyətlərdə iştirak etmək, maraqlı, yaddaqalan vaxt keçirmək idi. Mərkəzimizin həkim və rezidentləri Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə onları təbrik edib, hədiyyələrini təqdim etdilər.

 

Sonra isə birliyin "Mavi Ürəklər" Xor və Ritm qrupunun ifası altında autizmli yeniyetmə və gənclər üçün peşə təlim sinifi olan kafedə şirin çay masası ətrafında uşaqlarla həmsöhbət olub, stolüstü oyunlar oynanıldı.

 

Uşaqlar bizim gələcəyimizdir. Sevgi dolu ürəkləri və gülən üzləri ilə bu günə məna qatan uşaqların daim sağlam böyüməsini və arzularına doğru gedəcəkləri yola əminliklə addım atmalarını diləyirik. Bayramınız mübarək, gülüşü günəş, əlləri ümid olan uşaqlar!

Qonaqpərvərliyiniz üçün təşəkkür edirik!

107966710796691079668107966610796651079664107967210796741079673107967110796701079663

Link kopyalandı!
Son xəbərlər