Yaponiyada 105 il ömür sürmüş həkimin uzunömürlülüyün sirləri barədə fikirləri...
4584
01 Jun 2023 | 09:00

Yaponiyada 105 il ömür sürmüş həkimin uzunömürlülüyün sirləri barədə fikirləri...

"Hərəkət həyat, sağlamlıq praktika deməkdir..."
 
"Həyatınız boyu əldə etdiyiniz əmlakı özünüzlə o dünyaya aparmayacaqsınız, pulları yeni təcrübəyə yatırmaq daha yaxşıdır..."
 
"Həyata münasibət nikbin olmalıdır, bu işdə yumor gözəl müttəfiqdir..."
 
"Hər şeyin pis olduğu barədə şikayətlər orqanizmin emosional və fiziki ehtiyatını azaldır..."
 
Siqeaki Xinoxara təkcə Yaponiyada deyil, bütün dünyada ən qocaman praktiki həkimlərdən hesab edilir. O, 4 oktyabr 1911-ci ildə Yamaqutidə anadan olub və 1941-ci ildə Tokioda Müqəddəs Luki xəstəxanasında uzun karyerasına başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "dzen.ru" nəşri yazıb.
 
Hərbi əməliyyatlar dövründə o, tibb işçisi kimi öz borcunu yerinə yetirərək, hətta şəhər bombardmanlara məruz qaldığı zaman zərərçəkənlərə yardım göstərib.
 
Xinoxara 18 iyul 2017-ci ildə 105 yaşında vəfat edib. Öz həyatı boyunca 150-dən çox elmi iş yazıb və intellektual fəallıq və həyatsevərlilik nümunəsi göstərib.
 
Öz varislərinə çoxsaylı məsləhətlər qoyub gedib, onlara riayət etmək daha uzun ömür sürməyə kömək edəcək. Gəlin, onun 10 məsləhətilə tanış olaq.
 
1. Daha çox hərəkət edin
 
Həddən artıq rahatlıq sağlamlığınıza zərər vura bilər. Nə qədər az hərəkət ediriksə, bir o qədər tez güc və enerji itiririk. Təqaüdə çıxanda aktivliyimizi çox vaxt məhdudlaşdırırıq. Bəziləri, sadəcə, tənbəllik edir, digərlərində oynaqlarında problemlər yaranır.
 
Lakin hərəkətin olmaması sağlamlıqla bağlı problemləri həll etmir, onları yalnız pisləşdirir. Ona görə də lift və eskalatorlardan istifadə etməyin, daha çox piyada gəzmək lazımdır.
 
Əzələlərin yaxşı formada olması və hərəkət qabiliyyətinin uzun müddət saxlanılması üçün xoşunuza hələn istənilən aktivliyə öyrəşmək və sadə hərəkətləri icra etmək vacibdir.
 
"Bizim orqanizmimiz elə qurulub ki, özü özünü kökləyir və onu hərəkət etməyə və işləməyə məcbur edəndə ozünü bərpa edir. Bu, sağlamlığınız üçün ən yaxşı vərdişdir. Bunu sabaha saxlamayın! Elə bu gün ilk addımı atın. Çünki hərəkət həyat deməkdir. Sağlamlıq praktika deməkdir", - Siqeaki Xinoxara deyib.
 
2. Qida sadə və balanslı olmalıdır
 
 Siz nə zamansa piylənmədən əziyyət çəkən uzunömürlüyə rast gəlmisinizmi? Xeyr? Doğrudur! Belələri, sadəcə, yoxdur. Uzunömürlülüyün əsasında sağlam qidalanma dayanır. Qida rasionu balanslı olmalıdlr və onu tez-tez qidalanmaq üçün bir neçə balaca porsiyalara bölmək lazımdır.
 
Hər bir insan yaşa dolduqca özünə rahat olan qida sxemini işləyib hazırlamalıdır. Bu zaman yadda saxlamaq lazımdır ki, gündəlik menyu 80 faiz faydalı məhsullardan ibarət olmalıdır. Xəstəliklərin əksəriyyəti yaşla deyil, lazımsız kiloqramlardan baş verir.
 
"Hal-hazırda insanlar üçün yeməkdə normaya riayət etmək çətindir. Onlar həddən artıq çox yeyir, çox içir, çox duzdan istifadə edir, çox yağlı və şirin qidalar qəbul edir, çox siqaret çəkir...Belə "həddən artıq" vərdiş çoxsaylı xəstəliklərin səbəbinə çevrilir".
 
3. İşlərinizi planlaşdırın
 
Bu, vacib şeyləri unutmamağa və öz lazımlığınızı hiss etməyə imkan yaradacaq. Həm də günün dəqiq planı sizə bekarçılıqdan darıxmağa qoymayacaq. İdealda planlaşdırılmış hərəkətlərin icrası sizə məmnunluq yaşadacaq.
 
4. Əşyalara aludə olmayın
 
Yazılmış qanun bundan ibarətdir ki, həyatınız boyu əldə etdiyiniz əmlakı özünüzlə o dünyaya aparmayacaqsınız, bu, həmişə aktualdır. Pulları lazımsız şeylərə xərcləməkdənsə, onları yeni təcrübəyə yatırmaq daha yaxşıdır. Həyata və məişətə yanaşma minimum olmalıdır.
 
Bizim "cır-cındır" əsrimizdə belə bəyanatlar küfr kimi görünə bilər. Lakin əslində həyatın keyfiyyəti bununla zərər çəkməz, yalnız yaxşılaşa bilər.
 
"Statusunuz və şöhrətiniz sizinlə birgə öləcək. Sizdən sonra qalacaq əmlak düşmənçilik yaradır və yalnız minnətdarlıq sözləri yaxınlarınız üçün xilas ola bilər. Məhz onlar ən yaxşı irsdir".
 
5. Cəmiyyətə fayda gətirin
 
Sivilizasiyanın inkişafı təcrübə mübadiləsindədir. Həmişə təlimə can atmaq və ətrafdakılarla öz biliklərinizi bölüşmək vacibdir. Könüllü yardım etmək, seminarlarda və başqa tədbirlərdə iştirak etmək cəmiyyət üçün faydalı olmağınızı hiss etməyə kömək edəcək, bu da öz növbəsində həyatdan məmnunluq hissini artırır və ömrü uzadır.
 
"Həyatının ikinci yarısında insan cəmiyyətə öz borcunu qaytarmalı və topladığı bilikləri, təcrübəni və fiziki gücünü onun rifahı üçün istifadə etməlidir.
 
6. Təbabətə və həyat tərzinə düzgün yanaşma
 
Hər bir orqanizm unikaldır, ona görə də eyni xəstəliyin müalicəsi müxtəlif insanlarda fərqlənə bilər. Birinə cərrahi müdaxilə lazım ola bilər, digəri üçün, sadəcə, stresin azalması, heyvanlarla ünsiyyət və yaxşı musiqinin dinlənilməsi kifayət edə bilər. 
 
"Xəstəliklərin müalicəsinə yönələn təbabətdən sağlamlığınız barədə qayğını gözləmək axmaqlıqdır. Ona görə də elə indi özünüzü ələ alın.
 
7. Təqaüdə çıxmağa can atmayın
 
Fəal həyat tərzi, əməyə sevgi ömrün uzun olmasına əhəmiyyətli təsir göstərir. Təqaüdə çıxandan sonra tez-tez sağlamlıq pisləşə bilər, ona görə də elə iş seçmək lazımdır ki, həyatın mənasına çevrilsin və haqq etdiyiniz təqaüdə çıxandan sonra məmnunluq gətirsin.
 
8. Sağlamlığa nəzarət
 
Hətta özünüzü yaxşı hiss edirsinizsə, hər il tibbi müayinədən keçmək lazımdır. Bir çox xəstəliklərin erkən müəyyən edilməsi onları daha effektli və tez bir zamanda müalicə etməyə imkan verəcək. Ona görə də məqamı əldən verməyin və öz sağlamlığınızı yaddan çıxarmayın.
 
"Siz dünən və siz bu gün müxtəlif insanlardır, sağlamlıq da sizinlə bərabər dəyişməlidir. Sizin vəziyyətiniz üçün məsuliyyət məhz sizin üzərinizdədir".
 
9. Nikbin ovqat
 
Həyata münasibət nikbin olmalıdır, bu işdə yumor gözəl müttəfiqdir. Dünyaya nikbin baxış və özünə gülmək bacarığı daha çox yaşamağa və hətta ən çətin vəziyyətlərdə də müsbət məqamları tapmağa kömək edəcək. Xırda şeylərə, məsələn, yaxşı havaya sevinməyi öyrənmək lazımdır.
 
"İnsanlar bəzən öz bəlalarının üzərində çox düşünür. Bu hətta barmağınızda kiçik ağrı olsa belə, bunu bədbəxtlik kimi qəbul etməyin, o zaman bu, 10, bəlkə də 20 dəfə güclü ağrı törədəcək. Özünü bədbəxt hiss etmək çox asandır".
 
10. Az nostalji hisslərə qapılın
 
Tez-tez geriyə dönüb keçmiş üçün darıxmaq lazım deyil. Bu gün üçün yaşamaq və həyatın bizə bəxş etdiyi hər bir andan zövq almaq lazımdır.
 
Xatirələr yaşlı adamlar üçün böyük əhəmiyyət kəsb edir. Lakin bəziləri o qədər dərinə gedir ki, büsbütün keçmişlə yaşayır. Bu, eyni bir kitabı bir neçə dəfə oxumağa bənzəyir.
 
"Hər gününüzü minnətdarlıq hissi ilə qarşılayın, lakin sizə ayrılan günlərin getdikcə daha da azaldığından qorxmayın və buna təəssüf etməyin. Belə olan halda "bu gün" adlanan həyatı fəal və cəsarətlə yaşaya biləcəksiniz".
 
Yekun fikirlər
 
Əgər sizin həyatınız maraqlıdırsa, bu, özü-özlüyündə yaşamağa sövq edir. Hər şeyin pis olduğu barədə şikayətlər orqanizmin emosional və fiziki ehtiyatını azaldır. O, tez sönür və biz daha tez qocalırıq. Özünüzə və həyata nikbin münasibət göstərməyi öyrənin.
Link kopyalandı!
Son xəbərlər