Şəmkirə güclü dolu yağıb, təsərrüfata, meyvə bağlarına zərər dəyib
Cəmiyyət
3463
31 May 2023 | 17:20

Şəmkirə güclü dolu yağıb, təsərrüfata, meyvə bağlarına zərər dəyib

Şəmkirə yağan güclü dolu bir sıra fəsadlar törədib.

Dolu əsasən rayonun Seyfəli, Yeni Həyat, Çinarlı qəsəbəsi və digər kəndlərinə düşüb.

Nəticədə meyvə bağlarına, istixanalara və digər təsərrüfatlara zərər dəyib.

Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Gədəbəy və Daşkəsən rayonlarına da dolu yağıb.

Hazırda Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər