Bizi sosial şəbəkələrdən izləyin:
Seneqallı futbolçu Abdullaye Ba "Sabah" klubundan ayrılıb.
32 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında bildirib.
Təcrübəli oyunçu müqaviləsinin başa çatdığını vurğulayıb. O, "Sabah"da oynamağın xüsusi an və unikal təcrübə olduğunu yazıb:
"Mən evimdəki kimi hiss etdim. Azarkeşlər böyük dəstək verdilər. Kluba təşəkkür edirəm. Həmişə qəlbimdə olacaqsınız".
Qeyd edək ki, Abdullaye Ba 2022-ci ildən "Sabah"ın uğurları üçün çalışıb.