NATO-nun rəhbərlik etdiyi missiya Kosovoda mövcudluğunu gücləndirir
Dünya
2755
30 May 2023 | 18:25

NATO-nun rəhbərlik etdiyi missiya Kosovoda mövcudluğunu gücləndirir

NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizlik Qüvvələri (KFOR) vəziyyətin sabitləşməsi üçün Kosovonun şimalındakı dörd rayonda mövcudluğunu gücləndirir.
 
Bu barədə missiyanın mayın 30-da dərc olunan bəyanatında deyilir.
 
“Beynəlxalq Təhlükəsizlik Qüvvələri vəziyyətin gərginləşməsi riskini azaltmaq üçün Kosovonun dörd rayonda mövcudluğunu artırıb”, - deyə bəyanatda bildirilir.
 
Qeyd edək ki, aprelin 23-də Kosovonun şimalında və Metohiya vilayəti ərazisində yerləşən Zveçan, Zubin-Potok, Leposaviç və Severna-Mitrovitsa rayonlarında bələdiyyə seçkiləri keçirilib. Seçkiləri boykot edən serblər bələdiyyə binaları ətrafında barrikadalar qurub və binaya daxil olmağa çalışan Kosovo polisinə müqavimət göstərib. Rəsmi məlumata görə, toqquşmalar nəticəsində KFOR missiyasının 30 əsgəri - 11 italiyalı və 19 macarıstanlı hərbçi xəsarət alıb. /Azərtac/
 
Link kopyalandı!
Son xəbərlər