Ekskluziv
2887
30 May 2023 | 17:19

"Həqiqət bizimlədir, həqiqət qarşısında Putinin deməyə sözü yoxdur..."

"Taktiki nüvə silahının Belarusda yerləşdirilməsi Ukrayna və Avropa üçün siyasi hiylədən başqa bir şey deyil..."
 
Zelenski Putinlə görüşünün mümkünlüyü barədə danışıb və şərtini açıqlayıb
 
Ukrayna prezidenti Vladimir Zelenski Kreml lideri Vladimir Putinlə mümkün görüşünün yalnız Rusiyanın işğalçı qoşunlarının Ukrayna ərazisindən tam çıxarılması şərtilə baş tuta biləcəyini bəyan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Cənubi Koreyanın "Chosun ilbo" nəşrinin jurnalistinə müsahibəsində bəyan edib.
 
Zelenski xatırladıb ki, Rusiya hakimi iki il ərzində onunla istənilən təmaslardan vaz keçib, hətta telefonla da danışmağa razı olmayıb.
 
"Bunun yalnız bir səbəbi var: onun deməyə sözü yoxdur. Həqiqət bizimlədir, həqiqət qarşısında onun deməyə sözü yoxdur.
 
Putin aydın dərk edir ki, onun Ukraynanı güclə zəbt etmək qətiyyəti üçün diskusiyaya yer yoxdur. O zaman o, mənimlə nədən danışa bilər ki?
 
Putin Ukraynanı güclə zəbt etməkdən, müharibənin köməyilə Ukrayna identikliyini məhv etməkdən başqa heç nə istəmir.
 
Bugünkü Putin açıq-aydın əvvəllər gördüyümüz adam deyil. Putinlə bütün qoşunlarını Ukrayna ərazilərindən çıxarmadan danışmağın mənası yoxdur", - Zelenski vurğulayıb.
 
O, əmin edib ki, Putinin həyatının məqsədi Sovet İttifaqının bərpasıdır.
 
"Buna diplomatik yolla nail olmaq mümkün olmadığına görə, o, energetika şantajı da daxil olmaqla bütün növ təhdidlərı sınaqdan keçirməyə başlayıb. Buna o, nail olmayıb.
 
O zaman o, açıq şəkildə təcavüzkar olmağa qərar verib. Rusiyalılar Ukraynanın saysız-hesabsız dinc sakinlərini qətlə yetirir və onlara işgəncə verir, atom elekrik stansiyalarını işğal edərək nüvə fəlakəti ilə təhdid edir", - Zelenski deyib.
 
O, əmin edib ki, ukraynalılar Putinin və onun əlaltılarının nüvə şantajından çəkinmir.
 
"Rusiya dəfələrlə bizi nüvə silahı ilə təhdid edib, Ukrayna Rusiyanın təhdidlərindən daha çəkinmir. Taktiki nüvə silahının Belarusda yerləşdirilməsi həmçinin Ukrayna və Avropa üçün "siyasi hiylə"dən başqa bir şey deyil.
 
Başqa ölkələrin ərazi bütövlüyü və suverenliyinin pozulması zamanı nüvə silahından istifadə edilməsi yolverilməzdir. Bununla bütün dünya razıdır.
 
Lakin Rusiya nüvə ritorikasını gücləndirməkdə davam edir. Siyasi şantaj onun yeganə çixış yolu olaraq qalır", - Ukrayna prezidenti əmin edib.
 
Xatırladaq ki, bu müsahibəsində Zelenski həmçinin Belarusun Putinin növbəti hədəfi olduğunu deyib və qeyd edib ki, Rusiya Belarus metallurğiyasını "həzm edir".
 
Zelenski həmçinin bəyan edib ki, Pekin Qərblə Moskva arasında "kanatla haradasa kənardan hərəkət edir". Onun sözlərinə görə, Çin Kiyevin böyük müharibədə mövqeyini birbaşa dəstəkləmir.
Link kopyalandı!
Son xəbərlər