İtaliyanın Macciore gölündə qayıq batıb, 3 nəfər ölüb, 1 nəfər itkin düşüb
Dünya
3131
29 May 2023 | 10:56

İtaliyanın Macciore gölündə qayıq batıb, 3 nəfər ölüb, 1 nəfər itkin düşüb

İtaliyanın şimalında yerləşən Maggiore gölündə qayığın batması nəticəsində azı 3 nəfər ölüb, 1 nəfər itkin düşüb.

Hadisə güclü küləklə müşayiət olunan tufan nəticəsində baş verib.

Qayığın göyərtəsində əksəriyyəti turistlərdən ibarət olan 23 nəfərin olduğu bildirilir.

Xilas edilən 19 nəfər xəsarət almayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər