Türkiyədə prezident seçkilərində seçki qutularının 99.99 faizi açılıb, Ərdoğan öndədir - YENİLƏNİB
Siyasət
5166
28 May 2023 | 23:10

Türkiyədə prezident seçkilərində seçki qutularının 99.99 faizi açılıb, Ərdoğan öndədir - YENİLƏNİB

Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 99,99% açılıb.

Bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 51,92%-nin səsini qazanaraq Türkiyə prezidenti seçilib.

***

20.11

 

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 91,55 faizi sayılıb.

Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,61 faiz səslə öndədir.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu isə 47,39 faiz səs toplayıb.

İki namizəd arasında 2,6 milyondan çox səs fərqi var.

20:00

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 82,64 faizi sayılıb.

Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 53,41 faiz səslə öndədir.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu isə 46,59 faiz səs toplayıb.

19:28

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində səsvermə bülletenlərinin 55 faizi sayılıb.

Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 55,80 faiz səslə öndədir.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu isə 44,20 faiz səs toplayıb.

19:15

Türkiyə Yüksək Seçim Qurumu ikinci tur prezident seçkilərinin ilkin nəticələrinin yayımlanması ilə bağlı qadağanı aradan qaldırdıqdan sonra səsvermənin nəticələri açıqlanmağa başlayıb.

İlkin nəticələr belədir: Rəcəb Tayyib Ərdoğan 57,09 faiz, Kemal Kılıçdaroğlu 42,91 faiz səs.

İndiyədək seçki qutularının 42,78 faizi açılıb. Səslərin sayılması prosesi davam edir.

19:02

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Belə ki, səsvermə bülletenlərinin 21,05 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 60,07 faiz səs qazanıb.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu isə 39,3 faiz səs toplayıb.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.

Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğludur.

Link kopyalandı!
Son xəbərlər