XİN başçısı:
Siyasət
3338
26 May 2023 | 19:05

XİN başçısı: "Ermənistan minaların təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlıq etmir"

"Ermənistan minaların təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlıq etmir".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyevlə görüşdə deyib.

Nazir qarşı tərəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə prosesi, Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minaların qurbanına çevrilməsi və minaların təmizlənməsi sahəsində Ermənistanın Azərbaycanla əməkdaşlıq etməməsi məsələsini diqqətə çatdırıb.

Həmçinin işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı barədə qarşı tərəfi məlumatlandıran nazir ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər