Putinin milyarder desantı ad günündə Qarabağdakı hayklara 52 milyon dollar ayırdı...
4033
26 May 2023 | 07:38

Putinin milyarder desantı ad günündə Qarabağdakı hayklara 52 milyon dollar ayırdı...

...İndi kim deyə bilər ki, Vardanyan 9 aya yaxındır Azərbaycan ərazisində boş yerə oturub?..
 
Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbsinə order verilmiş Rusiya diktatoru V.Putin mayın 25-də Moskvada Azərbaycan və Ermənistan arasında, o cümlədən Qarabağda sülh yaradılmasından ağızdolusu danışarkən onun artıq 9 aya yaxındır Azərbaycan torpaqlarında qanunsuz ictimai-siyasi və iqtisadi-sosial fəaliyyət göstərən milyarder “desant”ı Ruben Vardanyan Xankəndində doğum gününü qeyd edib.
 
“Bizim bir məqsədimiz var ki, onun ətrafında çox adam toplaşıb, hara gedəcəyimizə dair baxışımız var, konkret səylər göstərmək üçün infrastruktur yaratmışıq. Qarşıda duran nəhəng iş üçün bizə maliyyə bazası lazımdır. İlkin mərhələdə mənim ailəm 20 milyard dram(təxm.52 milyon ABŞ dolları-S.L.) ianə verəcək. Bizə güvənən və gördüyümüz işi dəstəkləyən xeyirxah ermənilərdən və Artsaxın dostlarından 40 milyarda qədər vəsait cəlb edə biləcəyimizi də gözləyirik. Mən şadam ki, həyata keçirdiyim və dəstəklədiyim layihələrin hamısı və onların 700-dən çoxu kollegial olub”
 
Moderator.az xəbər verir ki, bunu Qarabağda Kremlin himayə etdiyi separatçı-terrorçu rejimin sabiq “dövlət naziri” doğum günü ilə bağlı öz teleqram-kanalındakı açıqlamasında bildirib. 
 
“Artıq 20-dən çox layihənin icrasına başlanılıb və müxtəlif icra mərhələlərindədir. Beləliklə, hökumət və daha əvvəl yaratdığımız “Biz və bizim dağlarımız”  təşkilatı ilə birlikdə biz Artsaxın ərzaq ehtiyatının doldurulması proqramını həyata keçirdik. Və eyni zamanda ehtiyat və alternativ elektrik enerjisi mənbələrinin yaradılması proqramları da davam etdirilir. sosial institutlar, istixana təsərrüfatlarına dəstək, mədəni-maarif proqramları və digər layihələr də aparılır ki, onlar haqqında ictimaiyyətə danışmaq hələ tezdir...
 
Bu gün biz 77 istiqamət üzrə yol xəritələri hazırlayırıq və layihələşdirdikdən sonra onlarla deyil, yüzlərlə oxşar təşəbbüslər olacaq. Bütün layihələr Artsaxın bütün sağlam qüvvələri ilə əməkdaşlıqda həyata keçiriləcək və hər biri üçün ciddi performans meyarları müəyyən ediləcək. Amma əsas odur ki, bütün bu təşəbbüslər bir məqsədə tabedir: azad, təhlükəsiz, xoşbəxt erməni Artsaxı...”- deyə Vardanyan daha sonra çərənləyib.
 
P.S.... İndi kim deyə bilər ki, Vardanyan 9 aya yaxındır Azərbaycan ərazisində boş yerə oturub?..
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər