Rusiya deputatı Moskvada “Daşnaksütyun
Ekskluziv
3687
25 May 2023 | 10:00

Rusiya deputatı Moskvada “Daşnaksütyun" rəhbərlərini qəbul etdi...-FOTO

"Ədalətli Rusiya- həqiqət uğrunda" partiyasının sədri, Dövlət Dumasında partiya fraksiyasının rəhbəri Sergey Mironov  Moskvada “Daşnaksütyun" bürosunun rəhbəri Akop Ter-Xaçaturyan və Ermənistan parlamentinin deputatı, "Daşnaksütyun" bürosunun üzvü Armen Rüstəmyanla görüşüb. 
 
Moderator.az xəbər verir ki, “@rusyerevantoday” teleqram-kanalının yaydığı məlumata görə, tərəflər Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın  keçmiş Dağlıq Qarabağ ərazisini Azərbaycan ərazisi kimi tanımağa hazır olması barədə bəyanatına da toxunub. Akop Ter-Xaçaturyan bu yanaşmanın qəti əleyhinə olduqlarını bildirib. Daşnakların fikrincə, Nikol Paşinyanın bütün keçmiş Dağlıq Qarabağ sakinlərinin adından danışmağa haqqı yoxdur.
 
Sergey Mironov qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münaqişə Qərbin əlinə işləyir.
 
"Ümumilikdə Ermənistanın milli maraqları da, Azərbaycanın da milli maraqları kollektiv Qərbə yaddır,  amma bəlkə də bunu oralarda başa düşmürlər. Onlara Rusiyanı sıxışdıra biləcək platforma lazımdır", - deyə ermənipərəst siyasətçi vurğulayıb.
 
Xatırladaq ki, bu günlərdə Ermənistanda “Daşnaksütyun” parytiyasını qadağan etməyə çağırışlar səslənməyə başlanıb. Məsələn, Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” partiyasından olan deputatı Akop Aslanyan “Daşnaksütyun”u “antixalq partiyası” adlandıraraq onun fəaliyyətinin dayandırılmasının zəruriliyini bəyan edib.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər