Ekskluziv
3856
24 May 2023 | 16:24

"Moskva hər şeyə görə cavab verəcək" - Kiyev Rusiyanın vurduğu itkilərin reyestrini yaradacaq

"Biz artıq siyasi bəyanatlardan hüquqi öhdəlik yaradan sənədlərə keçirik..."
 
"Bu, beynəlxalq birlik olacaq və Ukrayna bu məsələdə həlledici rol oynayacaq..."
 
Kiyev elan edib ki, avqust ayında Rusiya təcavüzünün Ukraynaya vurduğu itkilərin Beynəlxalq reyestri işə başlayacaq. 
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna ədliyyə nazirinin müavini İrina Mudraya reyestrin işi barədə danışıb.
 
"Biz artıq siyasi bəyanatlardan hüquqi öhdəlik yaradan sənədlərə keçirik. Özəlliklə, Reykyavikdə imzalanan Müqavilə onu imzalayan ölkələrin üzərinə müəyyən öhdəliklər qoyur", - məmur qadın deyib.
 
Hazırkı mərhələdə bu müqavilənin idarəetmə orqanlarının yaradılması proseduru gedir. Söhbət iştirakçı tərəflərin katibliyi, idarə heyəti və konfransından ibarət beynəlxalq təşkilatdan gedir. 
 
Katiblik reyestrin işinə aid halların və sübutların toplanması ilə məşğul olacaq. İdarə heyəti toplanmış məlumatları verifikasiya edəcək və sorğuları reyestrin özünə daxil edəcək.
 
İştirakçı tərəflərin konfransı isə reyestrin işinin nizamnaməsi, qaydaları və iş prosedurunu işləyib hazırlayacaq, habelə, onun icraçı direktorunu seçəcək. 
 
"Bu, beynəlxalq birlik olacaq. Ukrayna bu məsələdə həlledici rol oynayacaq. Çünki icraçı direktor istisnasız olaraq Ukraynanın təklif etdiyi namizəd ola bilər. 
 
Ukrayna, həmçinin, bu reyestrin idarə heyətinə öz namizədliyini verir, həmçinin, tərəflərin konfransında təmsil ediləcək", - İrina Mudraya izah edib.
 
Növbəti mərhələdə kompensasiya komissiyasının yaradılması planlaşdırılır, komissiya belə sorğuları nəzərdən keçirəcək və dəymiş ziyanın ödənilməsi məbləğini müəyyən edəcək. 
 
"Biz reyestrin tam işləməsini avqust ayından planlaşdırırıq. Bu vaxtadək biz bu təşkilatın idarə heyəti orqanlarının yaradılması və maliyyələşdirilməsi üzrə bütün addımları razılaşdıracağıq", - nazir müavini deyib.
 
O, əlavə edib ki, yaradılan reyestrə istənilən arzu edən ölkə qoşula bilər. İrina Mudraya, həmçinin, deyib ki, Avropa İttifaqında da işçi qrupu yaradılıb.
 
Onun vəzifəsi Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpası üçün istifadə edilməsi mexanizminin, bu aktivlərə çıxışın və onların müsadirə edilməsinin hüquqi əsaslarının işlənib hazırlanması ilə məşğul olmaqdır.
Link kopyalandı!
Son xəbərlər