20:07
13°C
Bakı
Azərbaycan Premyer Liqasında çıxış edən Yeqor Xvalko ilk dəfə Belarus millisinə dəvət alıb.
“Kəpəz”in müdafiəçisi AVRO-2024-ün seçmə mərhələsinin iyunda keçiriləcək oyunlarında debüt etmək imkanı qazanıb.
Çünki baş məşqçi Georgi Kondratyev 26 yaşlı mərkəz müdafiəçisini 33 nəfərlik ilkin siyahıya salıb. Mütəxəssis iyunun 10-da başlayacaq təlim-məşq toplanışının ardından 23 nəfərlik yekun heyəti müəyyənləşdirəcək.
Belarus millisi İ qrupu çərçivəsində iyunun 16-da İsrail, 19-da isə Kosovo ilə qarşılaşacaq.
Qeyd edək ki, Yeqor Xvalko “Kəpəz”ə mövsümün əvvəlində ölkəsinin “Arsenal” klubundan keçib.