BDU-da
3555
22 May 2023 | 12:09

BDU-da "Nəzarətli mühitdə kənd təsərrüfatı" mövzusunda elmi təlim keçirilib - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi (TİİMM) və Biologiya fakültəsinin təşkilatçılığı ilə "Nəzarətli mühitdə kənd təsərrüfatı" ("Controlled environment agriculture") mövzusunda elmi təlim keçirilib.
 
Moderator.az xəbər verir ki, təlimdə BDU-nun rektoru Elçin Babayev, Biologiya fakültəsinin əməkdaşları və tələbələr iştirak ediblər.
 
Hidroponika və akvaponika sistemləri üzrə ixtisaslaşmış “Danbury Hydroponics” şirkətinin təsisçisi Dylan Mehri tərəfindən keçirilən təlimdə hidropon və akvapon sistemləri, onların işləmə prinsipləri, bu sahədə mümkün olan optimal variantlar barədə məlumat verilib. Təlim zamanı Azərbaycanda bu sahədə olan müasir sistemlərlə akvapon sisteminin müqayisəsi verilib, iqtisadi və sənaye səmərəliliyi göstərilib.
 
Görüşdə həmçinin bu sahədə ABŞ-da biznes təcrübəsi olan Elşən Baloğlanov da inovativ kənd təsərrüfatı sistemlərinin istifadəsi, müsbət və mənfi cəhətləri ilə bağlı öz fikirlərini bölüşüb.
 
Sonda mövzü ilə bağlı müzakirələr aparılıb.
Link kopyalandı!
Son xəbərlər