“Rusiya yalnız Azərbaycan və Ermənistanı tam sındıracağı halda bölgədə sülh yarada bilər...”
Ekskluziv
Oxunub: 16646
20 May 2023 | 12:08
“Rusiya yalnız Azərbaycan və Ermənistanı tam sındıracağı halda bölgədə sülh yarada bilər...”
“Həm Bakı, həm İrəvan sərhədlərdə, yaxud təmas xəttində Kremlin xətti ilə təxribat törədən agentura şəbəkəsini ciddi şəkildə izləyib ifşa etməli və zərərsizləşdirməlidir...”
 
“Kremldən fərqli olaraq Vaşinqton, Brüssel və yaxud London da bizə silahla, torpaq itkisi ilə yox, “yumşaq” güclə - maliyyə, dollar, avro və insan haqları ilə təzyiq edirlər ki, bunlar ətrafında ortaq məxrəcə gəlmək tamamilə mümkündür...”
 
...Məşhur filmdə deyildiyi kimi, görüş yerini dəyişmək olmaz...  Vaşinqtonu, Brüsseli gəzən xarici işlər nazirləri yenə də hərlənib-fırlanıb Moskvaya gəldilər. Çünki yoldaş Zaxarova da, yoldaş Peskov da buyurdular  ki, örkən nə qədər uzun olsa da, doğanaqdan keçər... Lavrov-Kələntaryan da dedi ki, gəlin bura, əlimizdən heç hara qaça bilməzsiniz... Və görüşdən sonra sülh haqqında çox “qətiyyətli” danışdı... Buyurdu ki, guya tərəflər yekun razılaşmaya yaxındır...  İndi növbədə Ukraynanı tam işğal edib diz çökdürməkdən əl çəkməyən Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan başçıları görüşüdür... Təki xeyirli-uğurlu olsun. Tezliklə Moskvanın himayəsi altında sülh müqaviləsi imzalansın və silahlar sussun və hər iki tərəfdən itkilər dayansın...
 
Amma yalnız sadəlöhv, dünyadan xəbərsiz adamlar inanar ki, Kreml Azərbaycanın da, Ermənistanın da, ən azı, 90 faiz müstəqilliyini əlindən almamış, hər iki ölkəni Amerikadan, Avropadan, Türkiyədən tam uzaqlaşdırmamış, bir sözlə özünə tam baş əydirməmiş, sındırmamış Qarabağ məsələsini yenə bir 40-50 il müddətinə dondura və iki ölkə arasında sülh yarada...  Və nə qədər ki, Moskva ayaqdadır, Bakı və İrəvan isə Vaşinqton və ya Brüsselin moderatorluğu altında sülh əldə etməyə cəhd göstərir, o vaxtadək sərhədlərimizdə və Qarabağdakı təmas xəttində təxribatlar, itkilər davam edəcək. Bu, artıq aksiomdur...
 
İndi Rusiya Ukrayna bataqlığında çox dərinə batıb- çabalayıb canını qurtarmağa çalışır və “ayı” “caynaq”larını hər tərəfə atır... O yapışdığı yerdən qan çıxarmaq bahasına olsa da,  qurtulmağa cəhd edir... Putin isə hələ də ümidlidir ki, o, Ukrayna bataqlığından nəinki qurtulacaq, hətta bu “möhtəşəm qələbə”dən sonra digər “tarixi Rusiya torpaq”larını da “azad edəcək”, yəni  keçmiş müttəfiq respublikaları, o cümlədən Azərbaycan və Ermənistanı da işğal edib yenə “bir bayraq altında birləşdirəcək”... Və Kreml bu işdə öz həyasızlığı, vicdansızlığına, öz əsgər, canlı qüvvə itkilərini hesaba almamaq qansızlığına, öz xalqını acından öldürmə bahasına olsa da, silahlana bilmə xislətinə, raketləri, nüvə bombalarıyla, kiber-texnoloji vasitələrlə şantaj etmə  “istedadı”na və bir də Likaşenko kimi diktatorlara, həmçinin, keçmiş müttəfiq respublikalarındakı nəhəng agentura, satqın, yaltaq, vəzifədən, puldan ötrü analarının əmcəyini kəsməyə hazır olan “5-ci kalon” nümayəndələrinə və s. güvənir... Düzdü, çox böyük ehtimalla, Rusiya Ukrayna bataqlığından çıxa bilməyəcək. Çıxsa da, əvvəlki yırtıcı, nəhəng Şimal ayısı kimi yox, ancaq mığmığa, ağcaqanad tuta bilən kərtənkələ kimi çıxacaq... Amma, Allah eləməmiş, olmadı elə-oldu belə, Moskva Ukraynanı, Zelenskini hakimiyyətini diz çökdürsə, bax, onda Azərbaycanla Ermənistan arasında artıq Sovet, yaxud Çar imperiyası dövründə olduğu kimi, “möhkəm sülh” yaranacaq...
 
Əslində, Qərb də, Amerika, Avropa da mələk deyillər. Onlar da Azərbaycana yağlı tikə kimi baxır, Ermənistanı da sadəcə, iqtisadi “yumruq” altında saxlamağa çalışırlar... Lakin Kremldən fərqli olaraq Vaşinqton, Brüssel və yaxud London da bizə silahla, torpaq itkisi ilə yox, “yumşaq” güclə - maliyyə, dollar, avro və insan haqları ilə təzyiq edirlər ki, bunlar ətrafında uyğun daxili və xarici siyasət olacağı təqdirdə ortaq məxrəcə gəlmək tamamilə mümkündür... 
 
İrana gəldikdə, bu ölkədəki rejim də öz hayındadır... Və Rusiyanın çökəcəyi halda onun da sonuna sayılı günlər qalacaq... O halda heç Qarabağ, Ermənistan məsələlərinə heç barmağını da uzada bilməyəcək...
 
Xülasə, nə qədər ki, Rusiya ayaq üstədir, Minsk Qrupunun dövründə olduğu kimi, hələ paytaxtları çox gəzəcəyik... Və  Vaşinqtondan, Brüsseldən ayağımızı kəsmək üçün Moskva daim hər iki ölkədəki agentura şəbəkələri vasitəsilə sərhəddə, yaxud Qarabağda qanlı təxribatlar törətməklə sülh prosesini pozmaqda davam edəcək... Bu üzücü dolanbacdan qurtulmağın iki yolu var.  Onlardan biri Rusiyanın Ukraynada tam məğlub olub çökməsi, parçalanmasıdır. Bunun üçün Azərbaycan və Ermənistanın yeganə borcu bu işğalçı ölkəyə zərrə qədər də olsun, iqtisadi, maliyyə və s. dəstək verməməkdir.  İkinci yol isə ondan ibarətdir ki, həm Bakı, həm İrəvan sərhədlərdə, yaxud təmas xəttində Kremlin xətti ilə təxribat törədən agentura şəbəkəsini ciddi şəkildə izləyib ifşa etməli və zərərsizləşdirməlidir. Paşinyan 11 aprel Dığ təxribatı zamanı həmin şəbəkəyə işarə etmişdi. Amma işarə ilə iş bitmir... Əgər hər iki ölkə deyilən şəbəkəni zərərsizləşdirməyi bacarsa, bununla Rusiyanın əlindəki əsas təzyiq rıçaqı əlindən çıxmış olar və Azərbaycan və Ermənistan özləri istəmədikcə onları döyüşdürməyi bacarmaz...  Kremlə qarşı bu addımı atmaq indiki durumda o qədər də real görünməsə də, Ukrayna “bataqlığı”nı nəzərə alanda mümkünsüz də deyil... Və nə qədər ki, bu iki mümkün yoldan biri baş tutmayıb, Ermənistanla “sülh” və Yuxarı Qarabağı, Xankəndini, Xocalını, Ağdərəni, Sərsəng su anbarını və s. öz yurisdiksiyamıza qaytarılması prosesi qır-saqqız kimi uzanacaq...
 
Sultan Laçın
 
Oxşar xəbərlər
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı