Bizi sosial şəbəkələrdən izləyin:
Bakı Dövlət Universiteti (BDU) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Masallı şəhər R. Əlihəsənov adına 1 saylı, N. Həsənov adına Göyəçöl və Bədəlan kənd orta məktəblərinin hər birinə 246 adda 348 nüsxə kitab hədiyyə edilib.
Moderator.az xəbər verir ki, hədiyyə olunan kitablar arasında BDU-nun öz nəşrləri, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələri, Universitet alimlərinin fəaliyyətini əks etdirən nəşrlər, bədii, tarixi, elmi əsərlər yer alıb.