Azərbaycanın haykların məskunlaşdırıldığı hissəsində əksər sosial şəbəkələr bloklandı?..
Ekskluziv
4263
19 May 2023 | 08:20

Azərbaycanın haykların məskunlaşdırıldığı hissəsində əksər sosial şəbəkələr bloklandı?..

Dünən - 18 may axşam saatlarında Yuxarı Qarabağın haykların məskunlaşdırıldığı hissəsində "Telegram"dan başqa bütün sosial şəbəkələr bloklanıb. Onlar yalnız "VPN" vasitəsilə istifadə edilə bilər. Bloklanmanın səbəbi hələlik məlum deyil.
 
Moderator.az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində(Ermənistan vasitəsilə) paylaşılıb.
 
"Rusiyada da eyni şey baş verir, bu təsadüfdürmü?" deyə paylaşımlarda sual edilir.
 
Ermənistanın "Hetq" nəşrinin gecə saatlarında yaydığı məlumatda isə sözügedən məlumat "rəsmən" təsdiqlənir:
 
"META təşkilatının (Facebook, Instagram, Messenger, WhatsApp) saytları və tətbiqləri Artsax ərazisində işləmir. “Karabakh Telecom” QSC-nin təqdim etdiyi bütün İP ünvanların abunəçilərinin qeyd olunan proqramlardan istifadə etmək imkanı yoxdur. Yalnız “Artsaxkap” QSC-nin abonentlərinin belə problemi yoxdur. “Karabakh Telecom”dan isə bizə bildirdilər ki, sosial şəbəkələrin niyə işləməməsi ilə bağlı dəqiq məlumat verə bilmirlər. Onlar yalnız bunun texniki problem olduğunu bilirlər". 

Zəruri şərh:

Xatırladaq ki, son günlər Xankəndindəki separatçılar arasında hakimiyyət  davası gərginləşib.  Mayın 16-dq Paşinyanın "adamı" sayılan general Samvel Babayan mitinq keçirib və özünün "dövlət katibi" təyin olunmasını tələb edib. Həmin mitinqdə iştirak etmiş və Babayanın tələbini baş separatçı Arayikə çatdırmış qondarma "parlament" "spikeri" Artur Tovmasyan isə dünən -mayın 18-də  Arayikdən "ya müdafiə komitəsi yaratmağa və Samvel Babayanla Ruben Vardanyanı oraya daxil etməyə, ya da etimad referendumu keçirərək istefaya getməyə çağırıb".

Azərbaycanın haykların məskunlaşdırıldığı hissəsində sosial şəbəkələrdə problem yaranmasının da məhz bu gərginliklə bağlı olduğu və bunun ermənilərin ssenaridən kənar hansısa kütləvi aksiyaya əl atmasının qarşısını almaq məqsədi ilə əraziyə faktiki nəzarət edən Kreml tərəfindən törədildiyi də istisna edilmir...

Sultan Laçın

 

Link kopyalandı!
Son xəbərlər