Ekskluziv
3681
17 May 2023 | 16:43

"Nədən Priqojin hələ öldürülməyib?" - "The New York Times"

"Mən qəhrəmancasına döyüşmüşəm, Baxmutu, demək olar ki, almışam, amma mənə xəyanət edilib..."
 
"Nüvə şantajı ilə Qərblə müharibədə qələbə qazanmaq layihəsini Kovalçuk işləyib hazırlayıb, indi bu layihə iflasa uğrayıb..."
 
Piontkovski Kreml və şəxsən Putinlə münaqişəyə girişən Priqojinin hələ də sağ qalmasına aydınlıq gətirib
 
Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyi arasında açıq münaqişə Rusiya ordusunun müxtəlif bölmələri arasında koordinasiyanın həlledici rol oynadığı döyüş meydanında uğur qazanmaq qabiliyyəti məsələsini yenidən gündəmə gətirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "The New York Times" qəzeti yazıb.
 
"Putinin hakimliyinin üsullarından biri ondan ibarətdir ki, bir neçə fraksiyaların olması və bu fraksiyaların bir-biri ilə rəqabət aparması onun xoşuna gəlir.
 
Bunun siyasətdə mənası ola bilər, lakin hərbi əməliyyat zamanı bu, çox ziyanlıdır", - bunu xarici siyasətin araşdırılması İnstitutunun baş elmi əməkdaşı Rob Li qeyd edib.
 
Amerikada yaşayan rusiyalı politoloq və publisist Andrey Piontkovskinin fikrincə, "Vaqner qrupu" özəl hərbi şirkətin rəhbəri son ayda rusiyalılara və bütün dünyaya "meqamesaj" göndərir:
 
"Mən qəhrəmancasına döyüşmüşəm, Baxmutu, demək olar ki, almışam, lakin mənə xəyanət edilib.
 
Kremldəki, Baş Qərargahdakı, Rublyovkadakı (ölkəni talan edənlər) satqınlar kürəyimə bıçaq sancıb". 
 
Piontkovskinin fikrincə, Priqojin bu tərzlə "postputin" Rusiyasında özünün gələcək siyasi platformasının əsaslarını yaradır.
 
Politoloq sual edir ki, nədən il ərzində müdafiə naziri Şoyqunun və Baş Qərargah rəisi Gerasimovun fərsiz hərbi rəhbərlər və oğrular olduğunu daima təkrarlayan Priqojin indiyədək öldürülməyib?
 
"Mayın 7-dək cavab aydın olub: Priqojini öldürməyə Şoyqu və Gerasimova Putin izacə vermir.
 
Lakin mayın 7-də Priqojin öz hücumlarının spektrini çox məntiqi olaraq genişləndirib: əgər Şoyqu və Gerasimov yaramazdırsa, o zaman Baş Komandan kimdir? Əlbəttə, Baş Komandan bitmiş üzdəniraqdır...
 
O gündən 10 gün keçib, Priqojin isə hələ də sağdır", - Piontkovski deyib və xatırladıb ki, Boris Nemtsov Putinin ünvanına söyüş işlədəndə, o, iki gündən sonra Qırmızı meydanda qətlə yetirilib.
 
Piontkovskinin fikrincə, Priqojini öldürməyə Mixail və Yuri Kovalçuk qardaşları icazə vermir.
 
"Kovalçuklar Putinin ətrafında olan ən güclü fiqurlardır. Bunlar ciddi alimlərdir, yenidənqurma dönəmində dərhal milyardçı olub, onlar da Putini hakimiyyətə gətirib. 
 
Putin Yuri Kovalçuka aşağıdan yuxarıya mənəvi atası kimi baxır. Kovalçuk Qərbə nifrət edir, o, nüvə şantajından istifadə etməklə Qərblə müharibədə qələbə qazanmaq layihəsini işləyib hazırlayıb.
 
O, buna Putinə inandırıb və onu alət kimi son dərəcə dəyərləndirib. İndi bu layihə iflasa uğrayıb. Buna uyğun olaraq Putin Kovalçuk üçün hər hansı əhəmiyyət kəsb etmir. O, Kovalçuk üçün böyük qələbə aləti ola bilməz.
 
İndi Kovalçuk hakimiyyəti, özünün şəxsi əmlakını və hakim sinifdə formalaşan sistemin hansısa dairəsini xilas etməlidir.
 
Mən əminəm ki, bu adam Priqojinə nəzarət etməkdə davam edir və o, şəxsən Putinə hücuma başlayandan sonra məhz ona görə sağdır ki, Putin idarəçiliyini itirir, amma Priqojin müəyyən dərəcədə saxlayır",  - Piontkovski izah edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər