Ukrayna Silahlı Qüvvələri Baxmutun 20 kvadrat kilometrini azad edib
Dünya
3851
16 May 2023 | 18:00

Ukrayna Silahlı Qüvvələri Baxmutun 20 kvadrat kilometrini azad edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Donetsk vilayətinin Baxmut şəhərinin 20 kvadrat kilometrini azad edib.

Bu barədə ölkənin müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, Rusiya ordusu şəhərin daxilində irəliləməyə davam edir: “Şəhər toplarla yerlə-yeksan edilir”.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin daha əvvəl Baxmutda əks-hücum əməliyyatına başladığı bildirilmişdi.

Xatırladaq ki, 8 aydan çoxdur Baxmut şəhərində gərgin döyüşlər gedir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər