Azərbaycan millisinin liderlərinin mundialda iştirak etməmə səbəbi bəlli oldu
İdman
3328
16 May 2023 | 16:02

Azərbaycan millisinin liderlərinin mundialda iştirak etməmə səbəbi bəlli oldu

Azərbaycan taekvondo millisinin liderləri Milad Beiqi Harçeqani (87 kq) və Radik İsayevin (+87 kq) Bakıda keçiriləcək dünya çempionatında iştirak etməmə səbəbi bəlli olub.
 
Bu barədə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov mətbuat konfransında məlumat verib.
 
Onun sözlərinə görə, adıçəkilən taekvondoçular artıq milli karyeralarını başa vurublar: “Onlara şərt qoyulmuşdu ki, ötən il Azərbaycan çempionatında iştirak etsinlər, amma qatılmadılar. Qərarı özləri verdilər və yığma karyeralarını bitirdilər”.
 
Qeyd edək ki, taekvondo üzrə dünya çempionatına mayın 29-da start veriləcək.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər