Qırğızıstanda keçmiş deputat Ravşan Ceenbekov hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunur.
Bu barədə TASS məlumat yayıb.
Onun vəkili bildirib ki, keçmiş deputata “Kempir-Abad” işi çərçivəsində yeni ittiham irəli sürülüb.
Onun sözlərinə görə, istintaq altında olan şəxs, eləcə də “Kempir-Abad” işinin digər üzvləri hakimiyyəti zorla ələ keçirməyə və saxlamağa cəhddə şübhəli bilinirlər.
Bundan əvvəl istintaqın yekunlaşdığı bildirilirdi.
Xatırladaq ki, Kempir-Abad şəhərinin Müdafiə Komitəsi 22 oktyabr 2022-ci ildə yaradılıb.
Buraya fəallar, siyasətçilər və deputatlar daxil idi.
Həmin gün prezident Sadır Japarov “Kabar” agentliyinə müsahibəsində deyib:
“Kempir-Abadda keçirilən mitinq və yürüşlərin arxasında kimin dayanması barədə hakimiyyətdə məlumat var”.
Hakimiyyət iğtişaşlara hazırlıq ittihamı ilə oktyabrın 23-də 27 nəfəri həbs edib.