Ekskluziv
3215
14 May 2023 | 13:34

"Putin özünün Kremldə mövcudluğu ilə Rusiyanı "autsayderə" çevirib" - Zelenski

"Putin Rusiyanın indiyədək qazandıqlarını silib atıb..."

 

"Rusiyanın güclü ordusu yoxdur, tankların altına atdığı milyonlarla insanı var..."

 

Putin prezident kreslosunda əyləşməklə Rusiyanı təcrid edib

 

Rusiya liderinin hərəkətlərinə özünün əlaltıları da inanmır, çünki Ukraynaya hücumunun məntiqi loğistik nəticəsi olaraq yaranmış çətinliklər səbəbindən özlərini rahatsız hiss edir.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Romaya səfəri zamanı italyan jurnalistlərinə verdiyi müsahibəsində bəyan edib.

 

Rusiya diktatoru Vladimir Putin özünün Ukraynaya münasibətində qanlı siyasəti və sonadək Rusiyanın rəhbəri vəzifəsində qalmaq istəyi
ucbatından öz ölkəsini təcrid edib və onu "dalana" dirəyib.

Hazırda Rusiya bütün sivil dünya üçün "autsayderdir", Ukrayna lideri hesab edir. 

"O, hazırda sivil dünya ilə əlaqələri olmuş Rusiyadan gerçəkdən çox uzaqdır. Bu gün o, təcrid edilib. Özünün Kremldə mövcuduğu ilə o, insanları, öz iqtisadiyyatını, tarixini, öz dilini təcrid edir. Onlar nəyi qazanmışdılarsa, hamısını silib atıb. Bizimlə də münasibərləri silib, çünki bizə təcavüz edib, təhrik edilməyən müharibə törədib", - Zelenski qeyd edib.

Onun sözlərinə görə, Putin təkcə ukraynalıların deyil, öz xalqının da həyatını dəyərsizləşdirir. Bunu işğalçılar hərbi müdaxilənin başlanğıcından hiss edir, mənəvi cəhətdən düşkündür, bilirlər ki, istənilən anda Putin onları qurban verə bilər:

"Onun güclü ordusu yoxdur. Onun tankların altına atdığı milyonlarla insanl var. Və onun çoxlu sovet texnikası olub", - Zelenski deyib.

O, həmçinin qeyd edib ki, Putinin "uğuruna" hətta öz ölkəsi və vətəndaşları da inanmır. Rusiya biznesi və onun ən yaxın tərəfdaşları Kremldə məyus olub, dünya isə təcavüzkarla ciddi əməkdaşlıqdan imtina edir.

"Bütün bunlar çoxlu sayda insanlara təsir edir, onlar bunu istəmir, çünki hər gün çətinliklər yaşayır, bu da elə təcrid deməkdir", - Zelenski qeyd edib.

Putin dünya izqoyuna çevrilib, ona öz "dostları" da nifrət edir

Xatırladaq ki, Rusiya lideri Ukraynaya hərbi müdaxilədən, demək olar ki, dərhal sonra öz populyarlığını itirib. Çünki Rusiya ordusu kifayət qədər tez bir zamanda döyüş meydanında uğursuzluqlarını nümayiş etdirib.

O cümlədən diktatorun sonuncu doğum günündə onu cəmi üç nəfər "dostu" təbrik edib. Bu barədə rusiyalı müxalifətçi Gennadi Qudkov deyib. Onun sözlərinə görə, Putinin yerdə qalan ətrafı ondan, sadəcə, "iyrənir".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər