Murad Musayev: “Beşiktaş”la oyun Konfrans Liqasına hazırlıq məqsədi daşıyırdı”
İdman
2530
13 May 2023 | 20:40

Murad Musayev: “Beşiktaş”la oyun Konfrans Liqasına hazırlıq məqsədi daşıyırdı”

“Beşiktaş”la oyun, bəlkə də, Konfrans Liqasına hazırlıq məqsədi daşıyırdı”.

Bunu "Sabah"ın baş məşqçisi Murad Musayev Bakıda "Beşiktaş"la 3:3 hesablı heç-heçə etdikləri xeyriyyə oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis qarşılaşmanın Türkiyədəki zəlzələdən zərər görmüş şəxslərə dəstək məqsədi ilə təşkil olunduğunu xatırladıb: “Bu gün yaxşı oyun alındı. Bakıya böyük klub gəlmişdi. Hər iki komanda açıq futbol sərgilədi. Futbolçularımız rəqibin Cenk Tosun və Vensan Abubakar kimi oyunçularından çəkinmədilər. Bu da xoşuma gəldi. Avrokuboklarda da belə mübarizə aparmağa çalışacağıq".

Musayev "Qarabağ"ın bu gün çempion olacağı təqdirdə, əhval-ruhiyyəsinin korlanmayacağını sözlərinə əlavə edib: "Klubu və Qurban Qurbanovu təbrik edəcəyəm. Onlar buna layiqdirlər".

Link kopyalandı!
Son xəbərlər