"Rusiya MN ilk dəfə olaraq hələ bu ilin yanvar ayında Baxmut istiqamətində qarşısına qoyduğu vəzifələri daha prioritet hesab etməyib..."
"Biz bu "qalanı" rusiyalılara təslim etmək fikrində deyilik və onu tələb olunanadək müdafiə edəcəyik..."
Ukrayna qüvvələrinin Baxmutda işğalçılar tərəfindən geniş mühasirəyə alınması təhlükəsi, ehtimal ki, geridə qalıb.
Moderator.az xəbər verir ki, Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri bu qənaətə gəlib.
Hesabatda deyilir ki, Rusiya Müdafiə Nazirliyi bunu daha qarşısına məqsəd kimi qoymur, düşmənin qeyri-peşəkar bölmələri isə bu vəzifəni həyata keçirmək üçün şəhər ətrafındakı cinahları qoruyub saxlamaq iqtidarında deyil.
Analitiklər hesab edir ki, Rusiyanın müdafiə idarəsi ilk dəfə olaraq Baxmut istiqamətində qarşısına qoyduğu vəzifələri hələ 2023-cü ilin yanvar ayında daha prioritet hesab etməyib.
Bunu "Vaqner qrupu" özəl hərbi şirkətinin məhbuslarının cəbhəyə göndərilməsinin dayandırılması sübut edir.
Elə həmin yanvar ayında şirkətin rəhbəri Yevgeni Priqojin "vaqnerçilər"in səylərini cəbhənin Soledar-Baxmut istiqamətində fəallaşdırmağa cəhd edib və açıq şəkildə Rusiya MN-ni dəstək verməməkdə ittiham etməyə başlayıb.
Artıq mart ayında Rusiya Baxmuta resursların tədarükünü güçləndirməyi bacarıb, bu istiqamətə hava-desant qoşunları və T-90 tankları göndərib.
Lakin aprelin 24-də Priqojin MN-i "xəyanətdə" ittiham edib və bəyan edib ki, Baxmut yaxınlığında vəzifələri icra etməyə qadir olmayan qeyri-peşəkar bölmələr yerləşdirilib.
Bu, ona gətirib çıxarıb ki, Rusiyanın həm Baxmutda, həm də cəbhənin digər komplektləşdirilmiş sahələrindəki cinahları Ukrayna ordusunun hücumları üçün həssas olub.
Həmçinin qeyd edilir ki, USQ qüvvələrinin yenidən qruplaşdırılması və döyüş meydanında dəyişikliklər onu sübut edə bilər ki, Rusiya Baxmutda Ukrayna qüvvələrini xeyli dərəcədə mühasirəyə almaq şanslarını itirib. Təhlükə, ehtimal ki, sovuşub.
"Vaqner" qüvvələri, ehtimal ki, Baxmuta hücumlarını davam edəcək, bu da Ukraynaya qoşunlarına təhlükəli rayonlardan mütəşəkkil şəkildə geri çəkilməsinə və geniş mühasirə ilə üzləşməməsinə imkan verəcək", - ISW qeyd edib.
Ukrayna hakimiyyəti Baxmutla bağlı yeni vəd verib
Xatırladaq ki, bu ərəfədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov ukraynalılara Baxmutla bağlı yeni vəd verib.
O, bəyan edib ki, USQ bu "qalanı" rusiyalılara təslim etməyi planlaşdırmır və onu tələb olunanadək müdafiə edəcək.
Eyni zamanda, Danilov vurğulayıb ki, Ukrayna bu məsələdə heç kimin dediyi ilə hərəkət etməyəcək.