Moskva aeroportlarında təyyarələr kütləvi şəkildə geçikir, 21 reys ləğv olunub
Dünya
3326
12 May 2023 | 11:17

Moskva aeroportlarında təyyarələr kütləvi şəkildə geçikir, 21 reys ləğv olunub

Rusiyanın paytaxtı Moskvanın hava limanlarında təyyarə reyslərinin kütləvi şəkildə ləngiməsi və təxirə salınması baş verib.

Bu barədə “Yandex.Schedules” məlumat yayıb.

Moskvanın Vnukovo hava limanında iki reys gecikib, altı reys təxirə salınıb, Şeremetyevoda bir təyyarənin uçuş vaxtı dəyişdirilib, Domodedovoda daha yeddi təyyarə reysi gecikib, beş uçuş ləğv edilib.

Mayın 12-də Moskva hava limanlarında ümumilikdə 21 təyyarə reysi ləğv olunub.

Lənğimə və gecikmə hallarının səbəbləri açıqlanmasa da, mayın əvvəlində dermatoloqların tez-tez təyyarə uçuşlarına görə turistlərə dəri xərçəngi riski barədə xəbərdarlıq etdiklərinə dair məlumat yayılıb.

Mütəxəssislər bildirib ki, təyyarələrin uçuş hündürlüyündə günəş işığının dəriyə mənfi təsiri xeyli artıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər