ABŞ dövlət katibinin birinci müavini yayda vəzifəsini tərk edəcək
Dünya
3348
12 May 2023 | 08:58

ABŞ dövlət katibinin birinci müavini yayda vəzifəsini tərk edəcək

ABŞ dövlət katibinin müavini Vendi Şermanın yayda vəzifəsini tərk edəcəyi gözlənilir.

Bu barədə mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.

Teleşirkətin məlumatına görə, bu barədə “yaxın günlərdə” rəsmi məlumat veriləcək. Şerman getdikdən sonra dövlət katibinin birinci müavini vəzifəsini kimin icra edəcəyi hələ məlum deyil. ABŞ Konqresinin Senatı 2021-ci ilin aprelində Şermanın ABŞ xarici siyasət departamenti rəhbərinin birinci müavini vəzifəsinə namizədliyini təsdiqləyib. O, bu vəzifəyə təyin olunan ilk qadın olub.

Link kopyalandı!
Son xəbərlər