“1942-ci ildə ermənilər Kəlbəcərdə vuruşacaq partizan dəstəsi yaratdı...- Məni də...”
Ekskluziv
8290
11 May 2023 | 12:07

“1942-ci ildə ermənilər Kəlbəcərdə vuruşacaq partizan dəstəsi yaratdı...- Məni də...”

“1941-ci ildə Basarkeçərə gəlmiş rus general onunla birlikdə Kəlbəcərə getməyi əmr etdi... Mən boyun qaçırdım...”

Artıq  iki il yarımdır ki,  27 ildən çox işğalda qalmış Kəlbəcər rayonu şəhid və qazilərimizin canı-qanı və dövlətimizin uğurlu diplomatiya və siyasəti sayəsində azaddır. Bölgədə ciddi quruculuq işləri başlamaqdadır... Lakin çoxlarına bəlli deyil ki, işğalçı və irqçi xislətli ermənilər hələ II Cahan savaşı ərəfəsində SSRİ rəhbərliyi vasitəsilə Kəlbəcər rayonunun Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsinə ciddi cəhd göstərib...

Azərbaycanın müstəqilliyinin bərpası dönəmində tanınmış ictimai-siyasi xadim, sabiq deputat mərhum Maksim Musayevin atası, sovet dövründə 10 il Ermənistan Ali Soveti sədrinin birinci müavini kimi çalışmış və bəhs edəcəyimiz 1941-ci ildə Basarkeçər rayonunun İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş görkəmli sovet dövlət xadimi Talıb Musayev 2008-ci ildə nəşr olunmuş  “Ermənilər və faciələrimiz” kitabının “Ermənilərin II Dünya müharibəsi illərində Kəlbəcəri zəbt etmək planı barədə” yarımbaşlıqlı bölməsində belə yazır:

 
“...Məlum olduğu kimi, 22 iyun 1941-ci ildə müharibə başladı. Avqust ayının ortalarında 100-ə yaxən səyyar qospital  maşınları yüksək çinli bir rus generalın komandası altında Basarkeçərə gəldi. General məndən onlarla birlikdə Kəlbəcərə getməyi tələb etdi. Mən “Kəlbəcər hissəsində yol yoxdur, getmək olmaz”, -deyəndə general çox ciddi danışıb məni çox ağır cəzalandıracağını bildirdi.  Mən məcbur olub Ermənistan Nazirlər Sovetinin vasitəsilə “Zaqfront”la(Zaqafqaziya sovet cəbhə komandanlığı-S.L.) əlaqə saxladım. Bundan sonra general geri qayıtdı. Beləliklə, Kəlbəcərə qədər yolun çəkilməməsi Ermənistan hökumətini çox məyus etdi...
 
...Elə oldu ki, 1942-ci ildə iş yerim dəyişildi. Ermənistanın Türkiyə ilə həmsərhəd olan Vedi və Qəmərli rayonlarının qonşuluğundakı Qarabağlar rayonunda işə başladım... 
Müharibənin  ən ağır günləri idi... Türkiyə-Rusiya(Ermənistan) sərhədlərində günbəgün müharibə gözlənilirdi. Bu isə Ermənistan hökumətini və əhalisini çox böyük vahiməyə salmışdı. Bir sıra müdafiə əhəmiyyətli hazırlıqlarla birlikdə partizan dəstələri üçün siyahılar da hazırlanırdı. Həmin dəstələrin rəhbərləri və bölmə rəhbərləri müəyyənləşdirilirdi. Qəmərli, Vedi, Üçkilsə, Sərdarabad rayonlarından fəallar seçilirdi. Partizan dəstəsinə Qəmərli rayon partiya komitəsinin 1-ci katibi Samvel Qazaryanın rəhbərlik etməsi nəzərdə tutulmuşdu. Bu partizan dəstəsinin Kəlbəcər rayonunun dağ, dərə və meşələrində  keçmiş Dağlıq Qarabağla həmsərhəd ərazidə yerləşəcəyini nəzərə alan ermənilər Sovet rəhbərliyini bu rayonda məhz erməni partizanlarının daha əlverişli iş aparacağına inandırmışdı... Həmin partizan bölməsində olacaq rəhbər işçilər arasında iş bölgüsü aparılan zaman Kəlbəcər rayonuna, onun dağ, dərə, meşə və kəndlərinə nisbətən daha yaxşı bələd olan adam kimi məni də komandirin siyasi işlər üzrə müavini kimi nəzərdə tutmuşdular. Öz təbii şəraitinə görə müdafiə qalası olan Kəlbəcər torpağında zonalar üzrə müdafiə yerləri müəyyənləşdirilmişdi. Yadımdadır ki, həmin müdafiə mövqeləri təxminən belə idi: Sarıyer-Qaraarxac-Qurbağaçay zonalarında İstisuya girişi dayandırma postu, Zərzibil-Kalvay-Vəllər postu,  Məscid yeri-Dəvədamı-Söyüdlü yurdu postu, İpəkdam-Ağyoğuş-Dəmirçidam-Qanlıkənd postu... Təxminən 7 yerdə məhkəm müdafiə postları nəzərdə tutulmuşdu...
 
Xoşbəxtlikdən Türkiyə tərəfindən müharibə başlanmadı və bəhs edilən plana da əməl etməyə ehtiyac qalmadı.  Ancaq yüksək vəzifəli bütün ermənilər, xüsusilə də, Basarkeçər, Qaranlıq, Bayazit rayonlarının erməniləri Kəlbəcər barədəki bu plandan xəbərdar idilər...
 
Əslində ermənilərin bir gözü həmişə Kəlbəcərdə olmuşdu. Bununla belə, onlar həmişə kəlbəcərlilərlə hesablaşırdılar. Bazarlarda, başqa yerlərdə heç bir erməni dığası kəlbəcərliyə sataşmağa cəsarət etməz, əks təqdirdə həmin kəlbəcərli o erməninin qanını tökməmiş əl çəkməzdi. Ermənilərin kəlbəcərlilərdən it kimi qorxmaları barədə bir-iki canlı faktı qeyd etmək istərdim...
 
(Davamı var)
 
Qələmə aldı:
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər