Kürdəmirdə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
Cəmiyyət
3334
10 May 2023 | 18:30

Kürdəmirdə Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib

Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə rayonun icra başçısı Elxan İbrahimov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Ümummilli Liderin həyat və siyasi fəaliyyətini, Kürdəmir rayonuna səfərlərini özündə əks etdirən şəkil sərgisinə və stendlərə baxış keçirilib. Tədbirdə rayonun icra başçısı Elxan İbrahimov məruzə ilə çıxış edib, daha sonra Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi yolu barədə çəkilmiş “Əsrin adamı” sənədli filmi nümayiş edilib.

Sonda Uli Öndərin 100 illik yubileyi münasibətilə və incəsənət ustalarının iştirakı ilə bayram konserti təşkil olunub.

Link kopyalandı!
Son xəbərlər