Gədəbəydə evdə yanğın olub, 2 qadın tüstüdən zəhərlənib
Hadisə
3094
07 May 2023 | 10:15

Gədəbəydə evdə yanğın olub, 2 qadın tüstüdən zəhərlənib

Gədəbəyin Novasaratovka kəndində fərdi evdə yanğın olub, 2 qadın tüstüdən zəhərlənib.

Vətəndaşa məxsus fərdi evdə baş vermiş yanğın zamanı 2002-ci il təvəllüdlü Pəri Qarayeva və qardaşının həyat yoldaşı Nailə Qarayeva tüstüdən zəhərlənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülüb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər