Rusiya ordusu Avdeyevkaya raket zərbəsi endirib, ölənlər var
Dünya
2877
06 May 2023 | 18:55

Rusiya ordusu Avdeyevkaya raket zərbəsi endirib, ölənlər var

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Avdeyevka şəhərinin mərkəzi hissəsinə havadan raket zərbəsi endirib, ölənlər var.

Bu barədə Avdeyevka şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaş telemarafonun efirində bildirib.

İki çoxmərtəbəli bina dağılıb, nəticədə evlərdən birinin 2-ci mərtəbəsində yaşayan ailə dağıntılar altında qalıb. Ailə başçısı və həyat yoldaşı həlak olub.

Bununla yanaşı, aprelin 30-da raket hücumuna məruz qalan və dağıntılar altında qalan kommunal təsərrüfat işçisinin meyiti tapılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər