Ermənistanın Rusiyadakı səfiri ABŞ səfiri ilə Vaşinqton danışıqlarını müzakirə etdi -Bəs Polad Bülbüloğlu?..
Ekskluziv
4092
06 May 2023 | 06:54

Ermənistanın Rusiyadakı səfiri ABŞ səfiri ilə Vaşinqton danışıqlarını müzakirə etdi -Bəs Polad Bülbüloğlu?..

"Linn Treysi  2019-cu ilin fevralından 2022-ci ilin sentyabrınadək ABŞ-ın Ermənistandakı səfiri kimi çalışıb. Bu müddət ərzində, xüsusən 2020-ci ilin  44 günlük savaşından sonra o, dəfələrlə Azərbaycanın Qarabağdakı ermənilərə status verməli olması haqda çıxışlar edib, Ermənistan-Azərbaycan sərhədinə gələrək oradakı hərbçilərlə görüşüb və s..."
 
Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqarşak Arutyunyan mayın 5-də ABŞ-ın Rusiyaya yeni təyin olunmuş səfiri Linn Treysi ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, Ermənistanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən NEWS.am-a verilən məlumatda belə deyilir
 
"...Görüş zamanı həmsöhbətlər Cənubi Qafqazda sabitliyin bərqərar olması, Ermənistan-Azərbaycan münasibətləri, o cümlədən Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparıblar . 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin müddəalarının qeyd-şərtsiz  yerinə yetirilməli olduğunu vurğulayan səfirlər mayın 1-4-də ABŞ-da keçirilən üçtərəfli danışıqların əhəmiyyətini vurğulayıblar.
 
Ermənistan səfiri həmkarının diqqətini Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə təcavüzü(guya-S.L.) nəticəsində regiondakı vəziyyətə, o cümlədən Dağlıq Qarabağdakı(keçmiş-S.L.) böhranlı vəziyyətə cəlb edərək, üçtərəfli bəyannamənin 6-cı bəndinə kobud şəkildə zidd olaraq Laçın dəhlizinin qanunsuz blokadaya alınmasını(guya-S.L.) vurğulayıb. Bundan əlavə, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb" -xəbərdə belə deyilir.
 
Zəruri şərh: 
 
Xatırladaq ki, xanım Linn Treysi  2019-cu ilin fevralından 2022-ci ilin sentyabrınadək ABŞ-ın Ermənistandakı səfiri kimi çalışıb. Bu müddət ərzində, xüsusən 2020-ci ilin  44 günlük savaşından sonra o, dəfələrlə Azərbaycanın Qarabağdakı ermənilərə status verməli olması haqda çıxışlar edib, Ermənistan-Azərbaycan sərhədinə gələrək oradakı hərbçilərlə görüşüb və s. L.Treysi Moskvada ABŞ-ın Rusiyadakı səfiri kimi fəaliyyətə başladıqdan sonra – 2023-cü ilin fevralında  öz xahişi ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tərəfindən qəbul edilib. Qəbula görə təşəkkürünü bildirən Linn Treysi 2022-ci ildə Azərbaycana səfərini xatırlayıb, Prezident İlham Əliyevlə görüşün ona olduqca müsbət təsir bağışladığını deyib və ölkəmizin qonaqpərvərliyi haqqında xoş təəssüratları ilə bölüşüb. O vurğulayıb ki, ABŞ Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunmasında, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin tezliklə normallaşmasında maraqlıdır...
Amma artıq indi situasiya dəyişib. Və yəqin ki, Xarici İşlər Nazirliyi tezliklə Polad Bülbüloğlunun da ABŞ-ın Rusiyadakı səfiri ilə görüşünü təşkil edərək Ermənistan səfirinin Azərbaycan haqqında xanım Treysiyə söylədiyi hədyanların yalan və böhtan olduğunu anladacaq...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər