Bizi sosial şəbəkələrdən izləyin:                                        
                                     
                                    
                                 
                                
                                    “Rusiya mayın 3-nə keçən gecə Kremlə edilən terror aktlarına cəhdi qətiyyətlə pisləyir”.
 
                                            
                                            
                                            
                                            
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
 
“Kremlə qarşı terror aktına cəhdin arxasında Kiyevin dayandığına şübhə yoxdur”, - deyə bildirilir.
Moskvanın Kremlə PUA hücumuna müvafiq cavab verəcəyi vurğulanıb:
 
“Dronların Kremlə hücumuna görə məsuliyyət daşıyanların hamısı tapılacaq, onları ağır və qaçılmaz cəza gözləyir”.