Bəstəkar və deputat Xalq artistinin son günlərindən danışdı
Şou-biznes
2616
03 May 2023 | 16:59

Bəstəkar və deputat Xalq artistinin son günlərindən danışdı

Xalq artisti Faiq Sücəddinov mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı açıqlama verib. 
 
Bəstəkar “Ötən günlər” verilişində müğənninin ömrünün son günlərindəki vəziyyətindən danışıb.
 
“Birlikdə verilişə qatılmışdıq. Artıq ayaq üstündə dayana bilmirdi. Baba Vəziroğlu ilə birlikdə idik. Baba onun yanında durdu, İlhamə isə bununla ayağa durdu və oxudu”, - deyə F.Sücəddinov bildirib. 
 
Deputat Novruz Aslanov da İ.Quliyevanın səhhətindən danışarkən - “Gülüstan sarayında konsert keçirirdik. Artıq yeriyə bilmirdi. Amma tədbirə gəldi. İki nəfər onun qoluna girib gətirmişdi, ağrıkəsici vurub səhnəyə çıxdı. Ayaq üstündə durub neçə mahnı səsləndirdi. Həmişə deyirdi ki, son anıma qədər səhnədə olacağam”, - deyə əlavə edib. /Axşam.az/
 
Link kopyalandı!
Son xəbərlər