Kəlbəcər rayonunun Abdullauşağı kəndi - FOTO
Qarabağ
3565
02 May 2023 | 13:37

Kəlbəcər rayonunun Abdullauşağı kəndi - FOTO

Kəlbəcər rayonunun Abdullauşağı kəndi Mozçayın sol sahilində, dağətəyi ərazidə yerləşir. Əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı - əkinçilik və heyvandarlıq olub.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.

Moderator.az Azərtac-a istinadən işğal dövründə erməni vandalizminə məruz qalmış Abdullauşağı kəndinin görüntülərini təqdim edir.

 

Link kopyalandı!
Son xəbərlər