“Formula-1” üçün Azərbaycana gələn turist: “Bakı təmiz və cazibədar şəhərdir, insanları möhtəşəmdir” - FOTO
Cəmiyyət
2877
30 Apr 2023 | 16:17

“Formula-1” üçün Azərbaycana gələn turist: “Bakı təmiz və cazibədar şəhərdir, insanları möhtəşəmdir” - FOTO

“Bakı təmiz və cazibədar şəhər, insanları möhtəşəmdir”.

Bunu “Report”a açıqlamasında “Formula-1” üzrə Azərbaycan Qran-prisini izləmək üçün Bakı səfərdə olan böyük britaniyalı turist Hamid deyib.

O, ikinci dəfədir Azərbaycana gəldiyini bildirib: “Burada möhtəşəm hava var. İnsanlar çox istiqanlı və qonaqpərvərdirlər. Yeməklərinizə isə söz ola biləz. Mən Bakı barədə qısaca bunu deyə bilərəm. Burada keçirdiyim vaxtdan zövq alıram”.

“Mercedes” komandasına azarkeşlik etdiyini deyən Hamid həmyerlisi Lüis Hemiltona azarkeşlik edir: “Hesab edirəm ki, Hemilton bütün zamanların ən yaxşı pilotudur. Bakıda həyacanlı və maraqlı yarış keçir”.

İngiltərənin Nyukasl şəhərindən ölkəmizə qonaq gələn Roy da Bakıda olmaqdan məmnunluğunu ifadə edib: “Bakı fantastik şəhərdir, burada özümü çox yaxşı hiss edirəm”. “Formula-1” yarışlarında isə Maks Ferstappenə azarkeşlik edirəm. Ancaq kimin qalib gəlməsi mənim üçün o qədər də önəmli deyil”.

Həsən Allahverdili də “Red Bull” komandasına azarkeşlik etdiyini vurğulayıb: “Bu gün Ferstappenin qalib gələcəyinə əminəm. Yarışa görə çox həyəcanlıyam”.

Şimali Kiprdən Azərbaycana qonaq gələn Zəfər Niyazi 5 yaşından həvəskar şəkildə kartinqlə məşğul olur: “11 yaşım var və ilk dəfə “Formula-1” yarışlarını canlı izləmək imkanı əldə etdim. Buna görə çox sevincliyəm. “Red Bull” komandasının pilotu Maks Ferstappeni dəstəkləyirəm və inanıram ki, bu gün o qalib gələcək”.

Erdim Niyazi isə oğlu ilə birlikdə “Formula-1” yarışlarını izləmək üçün Şimali Kiprdən Bakıya gəlib: “Oğlumla hər ikimiz Maks Ferstappeni dəstəkləyirik. Dünən onunla fan-zonada şəkil çəkdirmək və avtoqraf almaq imkanı əldə etdik. Buna görə çox sevincliyik”.

O, Bakıya ilk dəfə səfər etdiyini və heyran qaldığını deyib: “Çox təmiz və modern şəhərdir. “Formula-1” yarışları ilə əlaqədar gəldiyim üçün çox gəzmək imkanım olmadı. Ona görə yenidən Bakıya səfər etməyi düşünürəm”.

Kanadalı Ken Bakıya gəldiyi üçün çox həyəcanlı olduğunu deyib: “Bakını çox sevdim, təmiz və gözəl şəhərdir. Burada yediyim kabab isə ən yaxşısıdır. “Ferrari” komandasına azarkeşlik edirəm. Şarl Leklerin Bakıda qalib gələcəyinə inanıram”.

Link kopyalandı!
Son xəbərlər