Ekskluziv
3373
30 Apr 2023 | 14:00

"Lukaşenko daha döyüşmək fikrində deyil..."

"AŞPA-nın qətnaməsində ukraynalı uşaqların deportasiyası ilk dəfə olaraq "soyqırım" adlandırılıb..."
 
"Belarusa heç kim heç vaxt hücum etməyəcək..."
 
Nədən Belarus diktatoru gözlənilmədən müharibə ritorikasını  dəyişib?
 
Lukaşenko Ukrayna uşaqlarının Rusiyanın işğal edilmiş ərazilərindən Belarusa qanunsuz deportasiya edilməsində günahkar hesab edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Belarus müxalifətçisi, Belarus Birləşmiş keçid komitəsinin sədri Pavel Latuşko "24 kanal"ın efirində bəyan edib.
 
Bu günlərdə Belarus hakimi Aleksandr Lukaşenko gözlənilmədən bəyan edib ki, Ukrayna Belarusa hücum etmək niyyətində deyil və o, döyüşmək istəmir.
 
Əvvəllər o, sübut etmək istəyib ki, Polşa və Ukrayna NATO ilə birgə, guya, Belarusu işğal etmək istəyir. Bu günlərdə isə o, bəyan edib ki, ölkəsinə heç kim heç vaxt hücum etməyəcək.
 
Lukaşenko aprelin 28-də Qomel vilayətinin Vetka şəhərinə gəlib və orada öz pərəstişkarları" ilə görüşüb və onlara deyib ki, "döyüşmək istəmir". 
 
Lukaşenko həmçinin fermerlərlə də ünsiyyətdə olub, onlara vaxtında əkin-biçinlə məşğul olmağı və müharibədən danışmamağı tövsiyə edib.
 
Lakin Lukaşenko həm də Belarusa nüvə silahının lazım olduğunu, bunun mümkün hücumdan, guya, çəkindirmək amili olduğunu deyib.
 
Lukaşenkonun bu bəyanatı AŞPA-nın qəbul etdiyi qətnamədə Lukaşenkonun ukraynalıların soyqırımında əli olduğunun tanınması ilə bağlı ola bilər.
 
Latuşko vurğulayıb ki, bu qətnamə Lukaşenko və ətrafındakılarda şok yaradıb, sənəd az qala "cinayət" adlandırılıb
 
Müxalifətçi qeyd edib ki, AŞPA-nın qətnaməsində Lukaşenko faktiki olaraq ukraynalı uşaqların Rusiyanın Ukraynanın işğal edimiş ərazilərindən Belarusa deportasiya edilməsində günahkar bilinib.
 
"Xalq antiböhran idarəsınin komandası ilkin hesabat hazırlayıb və diplomatik kanallarla Ukrayna tərəfinə təqdim edib. Hesabatda göstərilir ki, ukraynalı uşaqlara münasibətdə hərəkətlər sistemli əsasda həyata keçirilir", - Latuşko qeyd edib.
 
Onun məlumatlarına görə, Belarus ərazisində yerləşən üç düşərgədə təxninən iki min (AŞPA-nın məlumatlarına görə) ukraynalı uşaq yerləşdirilir. Onlardan ikisi Minsk, biri isə Qomel vilayətində yerləşir.
 
"Bu işlə Aleksey Talayın üzdəniraq xeyriyyə fondu məşğul olur, onun özü müsahibəsində bunu etiraf edib. Talay öz fəaliyyətinə haqq qazandırmağa cəhd edir. O, həçminin qeyd edir ki, bu uşaqlar Belarusa öz valideynləri ilə gəlir, bu zaman yetimləri xatırlatmır", - Latuşko izah edib.
 
O, əlavə edib ki, məhz Lukaşenkonun bu cinayətdə əli olmasının sübutları çoxdur.
 
"Bizdə çoxsaylı sübutlar var. O cümlədən Lukaşenkonun ukraynalı uşaqların Belarus ərazisinə deportasiya edilməsinin zəruriliyi haqqında imzaladığı sərəncam var. Bu, Putinlə Lvova-Belovanın halına bənzəyir. O, bəyan edib ki, Rusiya diktatorunun sərəncamını icra edir. İndi də Talay deyir ki, Lukaşenkonun tapşırığını icra edir", - Latuşko deyib
 
Ukraynalı uşaqların deportasiyası
 
Tammiqyaslı müharibə başlanandan rusiyalılar minlərlə ukraynalı uşaqları oğurlayıb və Rusiyanın ərazisinə aparıb.
 
27 aprel 2023-cü ildə Avropa Şurası Parlament Assambleyası Beynəlxalq Cinayət Məhkəməsinin ukraynalı uşaqların oğurlanması səbəbindən Rusiya prezidenti Vladimir Putinin həbsinə verdiyi orderi rəsmən tanıyıb. 
 
Ukraynalı uşaqların məcburi deportasiyası haqqında sənəddə həmçinin "soyqırım" ifadəsi xatırlanıb, bu da belə səviyyəli qətnamələrdə ilk belə haldır.
 
Ukraynalı uşaqların deportasiya edilməsində Belarusun da əli var və bu, Lukaşenkonun tapşırığı ilə baş verir. Rejimin əlaltısı Talayın qeyd etdiyi kimi, üç "yaz növbələri" planlaşdırılıb, bu müddətlərdə yüzlərlə ukraynalı uşaqlar qanunsuz olaraq deportasiya ediləcək.
Link kopyalandı!
Son xəbərlər