Xalq artisti Aftandil İsrafilovla vida mərasimi keçirilir
Cəmiyyət
3044
30 Apr 2023 | 11:55

Xalq artisti Aftandil İsrafilovla vida mərasimi keçirilir

Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovla vida mərasimi keçirilir.

Heydər Məscidində keçirilən vida mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, xalq artistinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Daha sonra mərhum dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılacaq.

Qeyd edək ki, A.İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub. İfaçılıq sahəsində öz dəsti-xətti olan sənətkar yaratdığı musiqi parçaları ilə milyonların qəlbini fəth edib.

 

Link kopyalandı!
Son xəbərlər