Pakistan səfiri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib
Siyasət
3223
29 Apr 2023 | 13:35

Pakistan səfiri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib

Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib.

Bu barədə səfir tviterdə yazıb.

“Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən ağacəkmə aksiyasında xarici işlər naziri Ceyhun Bayramov və ekologiya naziri Muxtar Babayev, eləcə də diplomatik korpusdan olan dostlarla birlikdə iştirak etməkdən böyük şərəf hissi keçirirəm”, - paylaşımda deyilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər