Səfir:
Siyasət
2626
27 Apr 2023 | 10:15

Səfir: "İrəvan şəhəri "Nemezis" terror əməliyyatına həsr olunan abidənin açılışı ilə murdarlandı"

"Dünən İrəvan xanlığının paytaxtı tarixin zibilliyinə atılacaq yeni “abidə" ilə "zənginləşdi", daha doğrusu murdarlandı. Yatıb yuxularında türk öldürməkdən, türk qanı içməkdən başqa heç bir şey görməyən hay yamyamları kollektiv terror təşkilatı "Nemezis"in "şərəfinə" abidə ucaltdılar".

Bunu Azərbaycanın keçmiş XİN başçısı, Bosniya və Hersoqovinadakı səfir Vilayət Quliyev bildirib.

O xatırladıb ki, bu terror bandasının qurbanları arasında Türkiyə və Azərbaycanın bir sıra tanınmış ictimai-siyasi xadimləri, dövlət adamları (o cümlədən ilk Cümhuriyyətimizin qurucuları) var. Səfir prosesin isə çoxdan başladıldığını vurğulayıb:

"2015-ci ildə Şirak əyalətinin Maralik qəsəbəsində Osmanlı sədrəzəmi Tələt Paşanın qatili Soqomon Teyleryana (Berlində tindən atəş açmaqla öldürülüb, Avropa məhkəməsi isə terrorçu qatilə bəraət verib) belə bir biabırçı, düşük erməni fantaziyasının bəhrəsi olan “abidə" qoyulub. Teyleryanın əlində “böyük erməni yazıçısı və humanisti Avetik İsaakyanın" qisas üçün hədiyyə etdiyi tapança, ayağının altında isə Tələt Paşanın kəsilmiş başı var. Türk qardaşlarımız soyuqqanlılıqla uydurma "erməni genosidini" tarixçilərin işi adlandırırlar. Qonşu xalqa nifrət aşılanması, onun tarixinin təhrif olunması, tarixi şəxsiyyətlərinin alçaldılması isə "sənətşünasların işi" adlandırıla bilməz".

Link kopyalandı!
Son xəbərlər